Arxiv
4 mart 2021, 18:00 | PARLAMENT
Milli Məclisdə dinləmələr keçirilib - FOTOLAR

Martın 4-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” qanunun icra vəziyyəti: imkan və çətinliklər” mövzusunda dinləmə keçirilib.

 

Modern.az-ın məlumatına görə, tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

 

Tədbiri açan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan dövlətinin hadisələrə adekvat reaksiya verdiyini, bütün sahələrdə dövrün reallıqlarını nəzərə almaqla yeni çağırışlar, qərar və qanunlar qəbul etdiyini vurğulayıb. Buna misal olaraq hələ 15 il əvvəl – 2006-cı ildə qəbul olunmuş “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Qanunu göstərib.

 

O qeyd edib ki, bu qanun cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla kişi və qadınlara siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə bərabər imkanlar təsbit edir, ölkəmizdə gender bərabərliyinin təşviqi sahəsində atılmış mühüm addımdır.

 

“Bu qanunu qəbul etməklə Azərbaycan MDB-də və Avropa məkanında bir çox ölkələri qabaqlayıb. Həmçinin gender bərabərliyi haqqında qanun qəbul edildikdən sonra milli qanunvericilik bazası yenidən ekspertizadan keçirilib, bu qanundan irəli gələn zərurətə görə bir çox qanunlara, eləcə də məcəllələrə müvafiq əlavə və dəyişikliklər edilib”.

 

Komitə sədri bildirib ki, lakin zaman keçdikcə yeni tələblər və çağırışlar meydana gəlib, mövcud qanunlara yenidən nəzər salmaq və qanunun tətbiqi təcrübəsində yaranmış boşluqları müəyyənləşdirmək zərurətə çevrilib:

 

“Həmçinin 2020-ci ilin dekabrında Milli Məclisdə ilk dəfə olaraq “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” qanuna dair hesabat dinlənilib. Həmin hesabatda qanunun icra mexanizminin təkmilləşdirilməsinə, sənədə bir sıra əlavə və dəyişiklik edilməsinə ehtiyac olduğu üzə çıxıb”.

 

Çıxışının yekununda H.Hüseynova qanunla bağlı təkliflərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Sonra tədbirdə geniş məruzə edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova fikirlərini açıqlayıb, “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Qanunun icrasında mövcud olan imkan və çətinliklər barədə danışıb.

 

O qeyd edib ki, günün tələbləri baxımından bu qanunun yenilənməyə ciddi ehtiyacı var:

 

“Ötən 15 ildə beynəlxalq səviyyədə üzərimizə götürdüyümüz öhdəliklər, Azərbaycanın özünün inkişafından doğan məsələlər, bugünkü həyatımızın diktə etdiyi yeni məqamlar ciddi şəkildə nəzərə alınmalıdır. Zamanın və həyatımızda baş verən inkişafın qarşıya qoyduğu yeni tələblərə və çağırışlara cavab verməliyik. Pandemiya və müharibə dövrü bizə gender bərabərliyi sahəsindəki çətinliklərimizin nədən ibarət olduğunu göstərdi.

 

B.Muradova vurğulayıb ki, qanunların icrasına məsul olan bütün qurumların fəaliyyətində, tərtib etdikləri bütün hesabatlarda, apardıqları bütün təhlillərdə gender məsələsinə həssas yanaşma nümayiş etdirilməlidir. Bu, dayanıqlı inkişaf məqsədlərində də nəzərdə tutulub.

 

Sonra dinləmədə təhsil nazirinin müavini Firudin Qurbanovun “Təhsildə gender bərabərliyinin təmin olunması”, daxili işlər nazirinin müavini İsmət Əliyevin “Hüquq-mühafizə müstəvisində gender bərabərliyinin təmini”, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun “Əmək qanunvericiliyi sahəsində gender bərabərliyinin gələcək təminatları” mövzularında məruzələri dinlənilib. Məruzəçilər sözü gedən qanunla bağlı bir sıra təkliflər irəli sürüblər.

 

Tədbirdə geniş müzakirələr aparılıb. Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, komitə üzvləri Sevil Mikayılova, Tamam Cəfərova və Könül Nurullayeva, “Təmiz Dünya” Qadınlara Yardim İctimai Birliyinin sədri Mehriban Zeynalova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov rəy və təkliflərini bildiriblər.

 

Müzakirələri parlamentin komitə sədri H.Hüseynova yekunlaşdırıb.

 

Dinləmədə Milli Məclisin deputatları Rauf Əliyev, Pərvin Kərimzadə, Ramin Məmmədov və Sədaqət Vəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdirləri Taliyə İbrahimova və Kəmalə Ocaqova, İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı İctimai Birliyinin gender məsələləri üzrə koordinatoru Leyli Bayramova, Sağlam Həyat Naminə İctimai Birliyinin sədri Sədaqət Hüseynova, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri (Sumqayıt şəhəri) Zemfira Mustafayeva, Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova iştirak ediblər.

 

 

Milli Məclisdə gender bərabərliyi ilə bağlı dinləmələr keçirilib - Gallery Image Milli Məclisdə gender bərabərliyi ilə bağlı dinləmələr keçirilib - Gallery Image Milli Məclisdə gender bərabərliyi ilə bağlı dinləmələr keçirilib - Gallery Image Milli Məclisdə gender bərabərliyi ilə bağlı dinləmələr keçirilib - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
DİM-dən bugünkü buraxılış imtahanlarına dair AÇIQLAMA 23 Aprel 2021, 15:35 “Twitter”in işində nasazlıq yaranıb 23 Aprel 2021, 15:22 YAP MSK üzvlüyünə namizədlərini təsdiqlədi - SİYAHI 23 Aprel 2021, 15:17 Milli Məclisin növbəti iclasının vaxtı AÇIQLANDI 23 Aprel 2021, 15:11 Siyavuş Novruzovdan “Mirələmovun videosu”na görə xəbərdarlıq 23 Aprel 2021, 15:10 YAP Hüseynbala Mirələmovun məsələsini müzakirə edir 23 Aprel 2021, 15:08 Azərbaycanda əcnəbilərin müvəqqəti olma müddəti uzadıldı 23 Aprel 2021, 15:06 BANM-nin tələbələri “Enactus Azərbaycan Yaz Məktəbi” layihəsində qalib oldu 23 Aprel 2021, 15:04 Universitetlər irəliyə getmək üçün müvafiq səlahiyyətlərə malik olmalıdır - Rektor 23 Aprel 2021, 15:00 Yeni uğurlar əldə olunur 23 Aprel 2021, 14:56 Deputat orta məktəblərdə dini dərslərin keçirilməsini TƏKLİF ETDİ 23 Aprel 2021, 14:53 “Bu qanun layihələri Prezidentin tövsiyələrinə tam uyğundur” - Əli Hüseynli 23 Aprel 2021, 14:48 Din xadimləri 5 ildən bir attestasiyadan keçiriləcək 23 Aprel 2021, 14:42 Azərbaycandan ABŞ administrasiyasına MESAJ 23 Aprel 2021, 14:37 Kütləvi dini ibadət və mərasimlərin icazəsiz keçirilməsi qadağan olunur 23 Aprel 2021, 14:32 Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan olunur 23 Aprel 2021, 14:26 Müqəddəs yerlərə ziyarətlərin təşkili qaydası müəyyənləşir 23 Aprel 2021, 14:20 Ermənistanda daha bir nazir istefa verdi 23 Aprel 2021, 14:14 “Dni cərəyanlar uşaqları öz tərəfinə çəkir, başlarına oyun açır” - Vitse-spiker 23 Aprel 2021, 14:08 Deputat açıq havada toylara icazə verilməsini TƏKLİF ETDİ 23 Aprel 2021, 14:02 Hollandiya azərbaycanlıları sabah Ermənistan səfirliyi önünə TOPLAŞACAQ 23 Aprel 2021, 13:56 İcbari tibbi sığortanı ödəməyənləri bu cəzalar gözləyir 23 Aprel 2021, 13:50 Qarabağda subartezian quyuları qazılacaq - SƏRƏNCAM 23 Aprel 2021, 13:45 “Azərbaycanla İsrail arasındakı münasibətlərin potensialı yüksəkdir” - Mikayıl Cabbarov 23 Aprel 2021, 13:44 Adı səhvən şəhid olanların siyahısına düşən ZABİT 23 Aprel 2021, 13:38 Elm və innovasiya fondlarının statusu dəyişir 23 Aprel 2021, 13:34 Müharibə veteranlarının vahid informasiya bazası yaradılacaq 23 Aprel 2021, 13:28 Şəhidlərin və şəhid ailəsi üzvlərinin elektron reyestri yaradılacaq 23 Aprel 2021, 13:23 Milli Məclis insan alveri ilə bağlı hesabatı qəbul etdi 23 Aprel 2021, 13:18 Prezidentdən 5 rayonun su probleminin həlli ilə bağlı SƏRƏNCAM 23 Aprel 2021, 13:14 Pişik koronavirusdan öldü - Dünyada ilk 23 Aprel 2021, 13:10 Dövlət sosial sığorta şəhadətnaməsi ləğv olundu 23 Aprel 2021, 13:05 “Səfirliklərimizin yaxşı işləməməsi bu problemi daha da artırır” - Sabir Rüstəmxanlı 23 Aprel 2021, 13:00 ATU-da yeni TƏYİNAT 23 Aprel 2021, 12:56 “Narkomaniya ilə bağlı mübarizədə istədiyimiz nəticəni ala bilmirik” - Fazil Mustafa 23 Aprel 2021, 12:52