Arxiv
4 mart 2021, 18:15 | DİASPOR
Diaspora Dəstək Fondunun təşəbbüsü ilə videokonfrans keçirilib

 

Azərbaycan Diasporuna Dəstək Fondunun təşəbbüsü və "Expactancy Advisory LLC"-nin təşkilatçılığı ilə "Xocalıdan öyrənək: Amerikalılar Cənubi Qafqaz regionundan nə öyrənə bilər?" mövzusunda videokonfrans keçirilib.

 

Modern.az xəbər verir ki, "Expactancy Advisory LLC"nin təsisçisi Kordel Karterin moderatorluğu ilə aparılan tədbirdə xarici siyasət üzrə analitik və hüquq məsləhətçisi Hamdi Rifai, İqtisadi Barış Mərkəzinin redaktoru Reyçel Avraham, Azərbaycan Diaspor Gənclərinin üzvü, Şimali Karolina ştatının Roli şəhərində yaşayan soydaşımız Adika İqbal iştirak ediblər.

 

Konfrans zamanı Adika İqbal bildirib ki, əvvəllər ABŞ mediasında çox az rast gəlinən Cənubi Qafqaz mövzusu hazırda, xüsusilə də II Qarabağ müharibəsindən sonra daha çox işıqlandırılır. Qeyd edib ki, bu məsələdə Azərbaycan diasporunun da böyük əməyi var. Çünki Tovuz hadisələrindən sonra çox aktivləşən diasporumuz birləşməyi bacarıb. "Erməni diasporu  dezinformasiya yaymaq, həqiqətləri gizlətmək və amerikalı siyasətçilər tərəfindən yalanlarının dəstəklənməsi üçün  sponsor olmaq baxımından çox fəal idilər. Ancaq indi Diasporla İş üzrə Dövlət Komitəmizlə ən azından "twitter"də həştaqlərimizi trendləşdirmək, elektron poçt vasitəsilə məktublar yazaraq amerikalı siyasətçiləri məlumatlandırmaq, yalan və ya saxta xəbərləri yayanları qınamaq üçün daim əlaqədəyik". 

 

Amerikalı siyasətçiləri təhlükəli erməni diasporunun yalanlarına qulaq asmaqdansa, faktlarla öz araşdırmalarını aparmağa çağıran həmyerlimiz onları və istənilən amerikalını Azərbaycanın işğaldan azad edilmiş bölgələrinə səfər etməyə, erməni işğalçılarının təkcə insanlarımıza deyil, ekologiyaya, tarixi-mədəni və dini abidələrimizə qarşı törətdikləri terroru öz gözləri ilə görməyə dəvət edib.

 

Bildirib ki, Xocalı qətliamını törədənlər hələ də azadlıqdadırlar: "Onlardan biri Ermənistanın keçmiş prezidenti Serj Sarkisyandır.  Azərbaycan və beynəlxalq jurnalistlərinin, diasporun bütün faktları, fotoları, videoları təqdim etmələrinə baxmayaraq, indiyədək ABŞ-ın bir neçə ştatı və bəzi ölkələr bu faciəni soyqırımı aktı kimi tanımayıb. Mən Xocalıya ədalət tələb edirəm, cinayətləri törədənlərin məsuliyyətə cəlb olunmasını istəyirəm".

 

Reyçel Avraham bildirib ki, Azərbaycan olduqca tolerant ölkədir və burada yaşayan insanlar bütün dinlərə hörmətlə yanaşır. Xocalının soyqırım olduğunu, buradakı sakinlərin məhz  azərbaycanlı olduqları üçün öldürüldüklərini vurğulayan ekspert Israilin Azərbaycanın əzəli dostu olduğunu nəzərə çatdırıb. Bildirib ki, Ermənistan və Azərbaycan  arasında uzun illər davam edən problem dini səciyyə daşımır. Bu səbəbdən münaqişə haqqında danışan siyasətçiləri diqqətli olmağa çağıran natiq Amerikanın xristian ölkə olduğuna görə bəzən Ermənistanın tərəfində olmasına etirazını bildirib.

 

Hamdi Rifai ABŞ kongresmənlərinin bəzən erməni lobbisinin təsiri altına düşərək, yanlış qərarlar qəbul etmək cəhdlərini pisləyib, erməni diasporunun yanlış fikirlər və məlumatlar yaydığını, çaşqınlıq yaratmaq istədiyini bildirib. Qeyd edib ki, çox zəngin təbiətə malik olan, mühüm  strateji mövqedə yerləşən, Amerikanı terorizmlə mübarizədə birmənalı şəkildə dəstəkləyən Azərbaycan Cənubi Qafqaz regionunda Birləşmiş Ştatların ən yaxın mütəffiqidir və iki ölkə arasında strateji tərəfdaşlığın davam etməsi çox vacibdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Samirə Əfəndi “Avroviziya”nın finalında - VİDEO 19 May 2021, 00:57 Abşeronda maşın aşdı - ölən və yaralananlar var - FOTO 19 May 2021, 00:49 BMT Təhlükəsizlik Şurası razılığa gələ bilmədi 19 May 2021, 00:38 Tacikistanda üç uşaq diri-diri torpağın altında qaldı - FOTO 19 May 2021, 00:22 Almaniyada piyada körpüsü çökdü - ölən və xəsarət alan var 19 May 2021, 00:09 “Yayılan görüntülər montajdır və mənə qarşı atılan böhtandır” – Mahir Abbaszadədən AÇIQLAMA 19 May 2021, 00:04 “Beşiktaş” Türkiyə kubokunu da qazandı 18 May 2021, 23:51 Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası 18 May 2021, 23:40 “Avroviziya”nın birinci yarımfinalı başlayıb 18 May 2021, 23:25 Bakıda piyadanı maşın vurub öldürdü - FOTO 18 May 2021, 23:11 Nijni Novqoroddan Bakıya birbaşa uçuşlar başlayır 18 May 2021, 22:58 Güləşçilərimiz Avropa çempionatında daha 3 medal qazandı - FOTO 18 May 2021, 22:44 Bakıda bir nəfər özünü dənizə atdı 18 May 2021, 22:33 Cəbrayıl Hacıyev Avropa çempionu oldu 18 May 2021, 22:20 Sahibə Qafarova İtaliyanın dövlət katibi ilə görüşdü 18 May 2021, 22:13 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 22:04 Goranboyda dəhşətli HADİSƏ 18 May 2021, 22:02 Abşeronda yol qəzası - xəsarət alanlar var 18 May 2021, 21:53 Türkiyədə yoluxanların sayı artdı, ölənlər azaldı 18 May 2021, 21:42 Neft yenidən ucuzlaşır 18 May 2021, 21:27 “Çernomor”u canlandıran rus aktyor vəfat etdi 18 May 2021, 21:13 "Zərifə Əliyeva" gəmisi gələn il istismara veriləcək 18 May 2021, 21:02 Ukraynanın səhiyyə naziri istefaya göndərildi 18 May 2021, 20:49 Ter-Petrosyan parlament seçkilərinə qatılır 18 May 2021, 20:33 Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə danışdı 18 May 2021, 20:20 Sahibə Qafarova İtaliya Senatının sədri ilə görüşdü 18 May 2021, 20:11 Milli Məclisin nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib - FOTO 18 May 2021, 20:03 Azərbaycanla Belarus hərbi-texniki əməkdaşlığı müzakirə edib 18 May 2021, 19:39 Bakı yollarında sıxlıq 30-dan çox avtobus tıxacda qalıb 18 May 2021, 19:21 Bu xəstəxananın vəzifəli şəxslərinə cinayət işi AÇILDI 18 May 2021, 19:02 Azərbaycanla Rusiya pomidor qadağasını müzakirə etdi 18 May 2021, 18:52 Teledərslərin mayın 19-na olan cədvəli 18 May 2021, 18:50 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 18:38 Gömrükdə rüşvət alan vəzifəli şəxslər saxlanıldı - ADLAR 18 May 2021, 18:21 Manatın sabah olan məzənnəsi açıqlandı 18 May 2021, 18:04