Modern.az

YAP-ın növbədənkənar qurultayı başladı - FOTOLAR

YAP-ın növbədənkənar qurultayı başladı - FOTOLAR

Aktual

5 Mart 2021, 09:50

Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı saat 10:00-da başlayacaq.

 

Modern.az xəbər verir ki, hazırda qurultay iştirakçıları YAP-ın binasına daxil olur.

 

***

 

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək.

 

Modern.az xəbər verir ki, qurultay koronavirus pandemiyası ilə bağlı məhdud sayda iştirakçılarla YAP-ın mərkəzi qərargahında olacaq.

 

Qurultayın YAP-ın rəhjbər strukturlarında - İdarə Heyəti, Siyasi Şura və İcra katibliyində bəzi dəyişiklik edəcəyi gözlənilir.
Eyni zamanda korrupsiya və rüşvətə görə həbsə düşən, nöqsanlara görə vəzifədən kənarlaşdırılan sabiq məmurların partiyadan çıxarılacaqları bildirilir.

 

Qeyd edək ki, YAP-ın Siyasi Şurası 84 nəfərdən ibarətdir. Siyasi Şura üzvlərinin 20-si həm də İdarə Heyətinin üzvləridir.

Xatırladaq ki, YAP-ın sonuncu – VI qurultayı 2018-ci il fevralın 8-də keçirilmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır