Modern.az

Şəhid hərbçilərin cənazəsi doğulduqları rayonlara yola salındı 

Şəhid hərbçilərin cənazəsi doğulduqları rayonlara yola salındı 

5 Mart 2021, 12:36

Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan 11 hərbçinin nəşi doğulduqları rayonlara yola salınıb.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, şəhidlərin nəşi Bitlis şəhərinin Tatvan Dövlət Xəstəxanasından ambulanslarla Elazığ şəhərinə aparılıb.

 

Oradan isə dəfn ediləcəkləri məmləkətlərinə yola salınıb.

 

Qeyd edək ki, martın 4-də Türkiyənin Bingöl şəhərindən qalxan hərbi helikopter Bitlis şəhərinin Tatvan rayonunda qəzaya uğrayıb. Hadisə nəticəsində general-leytenant Osman Ərbaş da olmaqla 11 hərbçi şəhid olub, hərbçi yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü