Modern.az

Dalay Lama da peyvənd olundu

Dalay Lama da peyvənd olundu

Aktual

6 Mart 2021, 21:36

Tibet buddistlyinin davamçılarının dini lideri XIV Dalay Lama Hindistanın hospitallarından birində koronavirusa qarşı peyvən olundu.

 

Modern.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə dini lider özünün rəsmi "YouTube" kanalında yerləşdirilən videomüraciətdə bildirib.

 

"Aralarında həkim də olan yaxın dostlarımın dediyinə görə, ciddi problemlərin qarşısını almaq üçün peyvnd olunmaq lazımdı. Bu çox vacibdir, buna görə mən peyvənd oldum. Mən daha çox insanın qorxmamasını və peyvənd olunmasını istəyirəm" - XIV Dalay Lama deyib.

 

Dini lider hansı şirkətin istehsal etdiyi vaksinlə peyvənd olunduğunu açıqlamayıb.

 

Qeyd edək ki, Hindistanda koronavirusa qarşı vaksinasiya kampaniyası yanvarın 16-sı başlayıb. Hazırkı dövrədək ölkədə 14 milyondan artıq insan peyvənd olunub. Vaksinasiya kampaniaysı çərçivəsində "Covishield" və "Covaxin" peyvəndlərindən istifadə olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü