Modern.az

Güclü külək daha bir orta məktəbə ziyan vurdu - FOTOLAR

Güclü külək daha bir orta məktəbə ziyan vurdu - FOTOLAR

7 Mart 2021, 13:51

Güclü külək nəticəsində daha bir orta məktəbə ziyan dəyib.

 

Bu barədə Modern.az-a Bakı şəhəri Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Paytaxtda əsən güclü külək nəticəsində 319 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub.

 

Digər bir neçə məktəbin həyətində isə ağacların aşması, xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub. Müvafiq təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq olunub. Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir