Arxiv
7 mart 2021, 15:49 | TƏHSİL
Dövlət qulluğu imtahanı başa çatdı: 8 nəfər seçildi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 7-də dövlət qulluğunda inzibati rəhbər (A növü) və inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanları keçirilib.

 

DİM-dən Modern.az-a bildirilib ki, COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

 

İnzibati rəhbər (A növü) vəzifələr üzrə olan imtahan elektron qaydada kompüter vasitəsilə keçirilib. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 57 nəfərdən 52 nəfər imtahana gəlib. İmtahan nəticələrinə əsasən, AB4 altqrupu üzrə 1, AC2 altqrupu üzrə 1, AC3 altqrupu üzrə 1, AC4 altqrupu üzrə 5 nəfər olmaqla, ümumilikdə 8 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

 

İnzibati icraçı (B növü) vəzifələr üzrə keçirilən test imtahanı Bakı ilə yanaşı, ilk dəfə olaraq Gəncə şəhərində də təşkil olunub. İmtahan materiallarının daşınması və emalı ilə əlaqədar nəticələrin martın 9-da elan olunması nəzərdə tutulur.

 

Test imtahanlarından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün martın 9-dən 29-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

 

-ali təhsil haqqında sənədin surəti;

-əmək kitabçasının surəti (olduğu halda).

 

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

 

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

 

İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası martın 10-11-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bövlət büdcəsinin icrası zamanı artıq pul yaranıb 21 Aprel 2021, 10:55 Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat 21 Aprel 2021, 10:50 “YAŞAT” Fondu daha 12 qazini Türkiyəyə göndərdi 21 Aprel 2021, 10:46 Jurnalistika fakültəsinin keçmiş müəllimi vəfat edib 21 Aprel 2021, 10:40 Goranboyda vətəndaş qəbuluna həssas yanaşılır - FOTOLAR 21 Aprel 2021, 10:38 Qocalmanın qarşısını alan 6 MÖCÜZƏ 21 Aprel 2021, 10:32 Azərbaycanın neft və qaz hasilatının həcmi AÇIQLANDI 21 Aprel 2021, 10:26 Azərbaycan nefti ucuzlaşdı 21 Aprel 2021, 10:22 Daha 2 koronavirus xəstəsi küçədə saxlanıldı 21 Aprel 2021, 10:17 Polis Qusarda əməliyyat keçirdi - saxlanılanlar var 21 Aprel 2021, 10:11 Tanınmış şair-dramaturq vəfat etdi - FOTO 21 Aprel 2021, 10:05 Qubadlının Ulaşlı kəndindən VİDEO 21 Aprel 2021, 10:00 Daha 9 koronavirus xəstəsi aramızda AŞKARLANDI 21 Aprel 2021, 09:58 Azərbaycan XİN-dən Ermənistanın iddialarına CAVAB 21 Aprel 2021, 09:54 “Ermənilərə görə AŞPA-nı tərk edəsi deyilik!” - Deputatlar diversantlar məsələsindən DANIŞDILAR 21 Aprel 2021, 09:48 Ünvanlı sosial yardımın ödəniləcəyi tarix açıqlanıb 21 Aprel 2021, 09:42 Neft yenidən ucuzlaşdı 21 Aprel 2021, 09:37 İsveç səfiri Türkiyə XİN-ə çağırıldı 21 Aprel 2021, 09:32 Cənnət Ağdamın cəhənnəm xarabalıqları - REPORTAJ 21 Aprel 2021, 09:28 Bakıda gənc qızın meyiti binanın damında tapıldı 21 Aprel 2021, 09:23 Ərdoğan 3 yeni nazir TƏYİN ETDİ 21 Aprel 2021, 09:20 Koronavirus yoxsa mövsümi allergiya? 21 Aprel 2021, 09:19 Tələbə rektoru təbrik etdi 21 Aprel 2021, 09:14 İlham Əliyevin mesajı Rusiyaya çatdı - TƏHLİL 21 Aprel 2021, 09:06 Manatın xarici valyutalara qarşı məzənnəsi 21 Aprel 2021, 09:00 “Rusiya Xocalıda parada hazırlaşırsa, biz də Türk əsgərilə Şuşada parad keçirək” – Deputatdan ETİRAZ 21 Aprel 2021, 08:56 Deputatın ailəsinə ağır itki üz verib 21 Aprel 2021, 08:51 Ağstafada yas mərasimi təşkil edənlər cərimələnib 21 Aprel 2021, 08:45 Rusiya ilə üz-üzə qalan Azərbaycanın geriyə yolu yoxdur... 21 Aprel 2021, 08:40 Oruc tutanlara həkim MƏSLƏHƏTİ 21 Aprel 2021, 08:38 "Mançester Siti" Avropa Super Liqasını tərk edir 21 Aprel 2021, 00:59 ABŞ Dövlət Departamenti Rusiyanı təcavüzkar adlandırdı 21 Aprel 2021, 00:43 Paşinyan təcili Zəngəzura GETDİ 21 Aprel 2021, 00:30 Bakının mərkəzində yanğın 21 Aprel 2021, 00:15 Zelenski Putini Donbasda görüşə çağırdı 21 Aprel 2021, 00:07