Arxiv
9 mart 2021, 11:41 | PARLAMENT
Zahid Oruc: “Mehriban xanımın hakim partiyada ön mövqeyi...”

Ötən həftənin və eləcə də yaşadığımız ilin ən mühüm hadisələrindən biri hakim siyasi partiyanın qurultayının keçirilməsi, prezident İlham Əliyevin dövlətimizin və millətimizin gələcəyi ilə bağlı parlaq çıxışı oldu.Bəli, indi ölkəmiz 1992-ci ilin noyabrın 21-dən fərqli mühitdə yaşayır.Digər tərəfdən, İham Əliyev  bir partiyanın deyil, bütün xalqın lideridir.O, ideoloji kursu və təşkilati strukturu ayrı olan bir təşkilatın maraqlarının təmsilçisi kimi deyil, bütövükdə millətin mənafeyindən çıxış edir.Vətən Müharibəsində qələbə, yeni hədəflər və yeni ideallar, yeni milli kimlik və siyasi kimlik ortaya çıxarır.

Bu da hakim partiyanın yenilənməsini tələb edir.Ona görə də həyata keçirilən struktur, kadr və gözlənilən yeni proqramın qəbulu mühüm hadisədir. Partiyanin yeni tərkib idarəedicilərinin formalaşması, onları şəxsən ölkə rəhbəri tərəfindən seçilməsi reputasiyası ilə hakim qüvvəni təmsil etməyə qadir yeni komandanın yaradılması, əvvəlki səhvlərin təkrarlanmaması üçün yolların tapılması deməkdir.Əks halda Siyasi Şura bütövlükdə ləğv edilməzdi.Prezident 2019-cu ildə başladığı Yeni Hakimiyyət quruculuğunu davam etdirərək rəhbəri oldugu təşkilati zamanın çağırışlarına hazırlayır. Hörmətli Mehriban xanımın, Birinci vitse-prezidentliyi dövlət  idarəçilyi üçün təmizlənmə və şəffaflıq, hesabatlılıq və məsuliyyət yaratdığı kimi, hakim partiyada da birinci müavinliyi düzgün və məsuliyyətli idarəçiliyə, eləcə də qadınların ön mövqelərə çıxmasına, ölkəmizdə xanımların bütün həyat sferalarında ugur qazanmasına mühüm töhfə olacaqdır.

Elə etmək olar ki, idarəetmə üçün kadrların mühüm bir hissəsi məhz orada formalaşsın. Məsuliyyəti də onlar bölüşsün və təmiz olsunlar.Yəqin, icra hakimiyyətlərində müavin postunda olan son 7 rayon rəhbərlərinin həbsində hakim partiyanın yerli təmsilçilərinin rolu, qanunsuz əməllərdə iştirakı icra hakimiyyətləri-partiya sisteminə yenidən baxmağı zəruri edəcəkdir, islahatların hansı sahələrdə aparılmasının vəsilə olacaqdır.

Əlbəttə, verilən qərarlar sübut edir ki, Prezident  bütün siyasi qüvvələrin maraqlarının nəzərə alındığı bir ölkə qurmaq istəyir.Digər tərəfdən, YAP xalq partiyası olaraq, yalnız məmurların, yaxud, nomenklaturanın deyil, məhz əhalinin əsas qurucu hissəsinin, elmli və intellektual gəncliyin, qadınların, ölkənin ÜDM-ni formalaşdıran sahibkarlar təbəqəsinin partiyası olaraq tanınması arzu edilir. Milyonlarla insanın müdafiə etdiyi bir lider rəhbərlik etdiyi siyasi qüvvənin yalnız say deyil, ictimai siyasi həyatda əsas avanqard qüvvəyə çevrilməsini, ideyalar istehsal etməsini və gündəliyi müəyyənləşdirməsini, dövlət kursunun həyata keçirilməsində öncüllüyünü tələb edir.

Təəssüf ki, gerçək siyasi fəaliyyət son on ildə əsasən iki paltformaya keçib-ya şəbəkə dünyasına, virtual aləmə daşınıb və oradakı qeyri-hüquqi vasitələrlə amansız xarakter daşıyır, ya da ara-sıra davakar siyasi qrupların güc yolu ilə hakimiyyətə gəlmək, xarici mərkəzlərin məxfi yollarla ötürdüyü inqilabi planları icra etmək üçün küçələrə daşınan toqquşmalar şəklini alıb.

Prezident yeni partiyalar sisteminin formalaşmasında maraqlı oldugunu sübut etdi.Qoy müxalifət də ideyaca yaxın olanlarla birləşsin, proqramlarını, ənənəvi fəaliyyət üsullarını dəyişsinlər, təşkilati strukturlarını yeniləsinlər.Belə olarsa, ölkəmizdə canlı və aktiv bir siyasi mühit bərqərar olar! Heydər Əliyev YAP-ı yaradarkən, dövlət qurmağı və ərazi bütövlüyünü təmin etməyi qarşıya ali vəzifə kimi qoymuşdu, indi isə İlham Əliyev onu qorumaq və gücləndirməyi tapşırır!


Zahid Oruc,
Milli Məclisin deputatı

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə İraqda şəhid verdi 15 Aprel 2021, 01:00 Çempionlar Liqasında bütün yarımfinalçılar bilindi 15 Aprel 2021, 00:54 NATO qoşunları Əfqanıstandan çıxarılır 15 Aprel 2021, 00:50 ABŞ hərbi gəmilərini Qara dənizə göndərməkdən imtina etdi 15 Aprel 2021, 00:45 Azərbaycanlı boksçu ermənini dünya çempionatından kənarlaşdırdı 15 Aprel 2021, 00:38 Neft bahalaşdı 15 Aprel 2021, 00:22 Teledərslərin bu günə olan CƏDVƏLİ 15 Aprel 2021, 00:09 Rusiya Krıma nüvə silahı yerləşdirir? 14 Aprel 2021, 23:57 Lənkəranda piyadanı maşın vurub öldürdü 14 Aprel 2021, 23:43 Bakıda “Hyundai” sərnişin avtobusuna çırpıldı - xəsarət alan var - FOTO 14 Aprel 2021, 23:33 Əşrəf Qani Baydenlə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını müzakirə etdi 14 Aprel 2021, 23:24 Türkiyə Liviyaya 150 min doza peyvənd göndərdi 14 Aprel 2021, 23:10 Ter-Petrosyan koronavirusa yoluxdu 14 Aprel 2021, 22:56 Mehriban Əliyeva Tunarla bağlı tapşırıq verdi 14 Aprel 2021, 22:44 “Zəngəzur dəhlizi reallığa çevrilir” - İlham Əliyev 14 Aprel 2021, 22:35 Lukaşenko Azərbaycana vaksin təklif etdi 14 Aprel 2021, 22:24 Belarusla Azərbaycan arasında heç bir fikir ayrılığı yoxdur - Lukaşenko 14 Aprel 2021, 22:13 Minsk qrupundan kreativ ideyalar gözləyirik - Prezident 14 Aprel 2021, 22:07 Sülhməramlılar Kəlbəcərə yardım apardı - FOTO 14 Aprel 2021, 22:00 Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik - Prezident 14 Aprel 2021, 21:51 Yol polisi Balakəndə reyd keçirdi - FOTO 14 Aprel 2021, 21:46 Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır - İlham Əliyev 14 Aprel 2021, 21:40 Məhərrəm İncə xəstəxanaya yerləşdirildi 14 Aprel 2021, 21:37 İlham Əliyevlə Lukaşenko bəyanat VERDİLƏR 14 Aprel 2021, 21:30 Gəncə sakini əsəbiləşərək özü-özünü bıçaqladı 14 Aprel 2021, 21:22 “Traktor” Çempionlar Liqasına heç-heçə ilə başladı 14 Aprel 2021, 21:08 Türkiyədə gündəlik yoluxmada REKORD 14 Aprel 2021, 20:55 Peskovdan Putin-Bayden görüşü haqda: “Çox tezdir” 14 Aprel 2021, 20:41 “Draqi adlandırılan şəxs aramızdakı münasibətləri baltalayıb” - Ərdoğan 14 Aprel 2021, 20:27 Hərbi Qənimətlər Parkı və Cənubi Qafqaza yeni baxış... 14 Aprel 2021, 20:16 Bakıda məktəb müəllimi 40 yaşında koronavirusdan öldü - FOTO 14 Aprel 2021, 20:04 Türkiyənin sabiq baş naziri vəfat etdi 14 Aprel 2021, 19:40 Rəşad Nəbiyev ukraynalı nazirlə görüşüb 14 Aprel 2021, 19:30 Qarmon ifaçısı koronavirusdan dünyasını dəyişdi 14 Aprel 2021, 19:24 Sumqayıtda özünü dənizə atan şəxs xilas EDİLDİ 14 Aprel 2021, 19:17