Modern.az

Yalançı qəhrəmanlar - Vətən müharibəsini xaltura mövzusuna çevirməyin!

Yalançı qəhrəmanlar - Vətən müharibəsini “xaltura” mövzusuna çevirməyin!

22 Mart 2021, 15:19

Yalançı qəhrəmanları az reklam edin! Əziz dostum, Qarabağ qazisi Rey Kərimoğlu dünən belə bir çağırış edib: jurnalistlərdən xahiş edir ki, müharibə haqqında gopa basan, yalan danışan abırsızları efirə, sayta, qəzet səhifəsinə çıxarmayın! Yalançıları qəhrəman etməyin!

Müharibə ağır mövzudur. Vətən müharibəsinə özünü piar vasitəsi kimi baxmaq isə əxlaqdan uzaq işdi.


Məsələnin başqa tərəfi də var. Bir ucdan kitablar çıxır, ədəbiyyat dönüb olub istehsalat sahəsi. Hansısa dayaz jurnalistin uydurduğu söz-söhbət çönüb olur hekayə, roman.


Müharibə haqqında təsirli və dəyərli əsərləri cəbhələrdə döyüşmüş, barıtın, qanın qoxusunu öz ruhuyla hiss eləmiş, bu ağrını ömür boyu daşıyan insanlar yaza bilər. Vətən müharibəsində nə qədər istedadlı qələm dostumuz, yazarlar, jurnalistlər iştirak etdilər, qazi oldular. İndi onların səsi çıxmır, amma özü yatıb qələmi yazan qrafomanlar at oynadır. Müharibə olub bunlar üçün "xaltura" mövzusu.


Bəzi yazılanları oxuyuram. İstəsəm ad da çəkərəm. Sadəcə başa düşə bilmirəm, bunlar öz bəsit düşüncələrinə ilham verən şövqü hardan alırlar?


Bəli, yalançıları qəhrəman etməyin! Vətən müharibəsi kimi şərəf tarixini "xaltura" mövzusuna çevirməyin!


Natiq Məmmədli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir