Arxiv
29 mart 2021, 15:11 | ANALİTİKA
Paşinyan Moskvaya gedir: Putindən iki xahiş və Bakının şərtləri - TƏHLİL

Paşinyanın Rusiyaya səfəri təsdiqlənir: 7 apreldə Moskvaya gedəcək Nikol Paşiinyan Vladimir Putinlə görüşəcək.

 

İrəvan nə təsdiq, nə təkzib edir, lakin informasiyalar səfərin 7-8 apreldə baş tutacağı yöndədir.

 

Səfərin gündəliyinə iki məsələnin daxil olduğu haqda məlumatları var:

 

- Paşinyan Putindən şəxsi təhlükəsizliyinin təmin edilməsinə zəmanət istəyəcək: 20 iyunda növbədənkənar parlament seçkiləridir, Nikol Paşinyan hakimiyyətini qorumaq dərdindədir;

 

- Putindən Ermənistanın “hərbi əsir” adlandırdığı Bakıdakı erməni terrorçuların seçki ərəfəsində qaytarılmasına kömək istəyəcək; 


Bakının şərtləri qəbul ediləcəyi təqdirdə bu məsələyə isti münasibət bəsləyəcəyi gözləniləndir:

 

- Erməni hərbi birləşmələrinin Qarabağdan tamamilə çıxarılması.

 

Əsas şərt budur və 10 noyabr razılaşmasının 4-cü maddəsində əksini tapır. Lakin Bakının əlindəki “kozır”ı təkcə bu məsələyə görə tamamilə çıxaracağı inandırıcı deyil, çünki bu maddə razılaşmada mövcuddur və yerinə yetirilməlidir. Bu baxımdan, əlavə şərtlər irəli sürülə bilər: Naxçıvanın Kərki kəndi və Qazaxın 7 kəndinin boşaldılması.

 

Paşinyanın seçki öncəsi bu şərtləri yerinə yetirəcəyi ehtimalı azdır, Ermənistan daxili siyasətinə bu və ya digər formada yön verən Bakı da erməni revanşistlərin əlini gücləndirəcək gediş etməyəcək.

 

Mümkündür ki, erməni qoşunlarının çıxarılması qarşılığında “əsirlərin” bir qismi qaytarılsın və bununla həm də Paşinyanın revanşistlər qarşısında əlinin gücləndirilməsi gedişi edilsin.

 

Digər şərtlərin yerinə yetirilməsi prosesi seçkidə sonraya saxlanıla bilər.

 

Burada əsas çətinlik Kərki kəndi ilə bağlı görünür. Ermənistan tərkibində anklav olan kəndin azad edilməsi üçün dəhlizə ehtiyac var.

 

Qazaxın 7 kəndinin qaytarılmasının kommunikasiyanın açılması prosesinə paralel həyata keçiriləcəyi gözləniləndir: Bakı-Qazax-İcevan yolunun açılması üçün öncə bu istiqamətdə sərhədin demarkasiyası, yolun üzərində yerləşən ərazinin taleyinin müəyyənləşdirilməsi lazımdır.

 

Bakının şərtləri arasında Qırmızı Bazar yoluna nəzarətin əldə edilməsi olduğuna dair məlumatlar da var: bu yolun taleyi ilə bağlı müzakirələr gedir.

 

Paşinyanın Moskva səfəri zamanı Azərbaycan liderinin Rusiya torpaqlarında olacağı, yeni üçtərəfli sənədin imzalanacağı da istisna deyil.

 

Asif Nərimanlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ən çox və ən az məhbusu olan ölkələr: Azərbaycan neçəncidir? - REYTİNQ 25 Oktyabr 2021, 13:17 Rayon sakinlərindən odlu silah GÖTÜRÜLDÜ 25 Oktyabr 2021, 13:12 Koronavirusun delta ştammının FOTOSU yayıldı 25 Oktyabr 2021, 13:06 Dələduz qadın tutuldu 25 Oktyabr 2021, 13:00 Azərbaycanın mükafatı fəxri konsula verildi 25 Oktyabr 2021, 12:54 Hamilə qadınlar da peyvənd oluna bilər - RƏSMİ 25 Oktyabr 2021, 12:48 Hadi Rəcəbli HARALARDADI... 25 Oktyabr 2021, 12:45 Rusiya ilə Ermənistan Zəngəzurda hərbi təlimlər KEÇİRDİ 25 Oktyabr 2021, 12:39 Goranboyda şəhidin məzarı ziyarət olunub 25 Oktyabr 2021, 12:35 Qanunsuz meşə materialı AŞKARLANDI 25 Oktyabr 2021, 12:31 Prokurorluq 37 yaşlı kişinin ölümünü ARAŞDIRIR 25 Oktyabr 2021, 12:26 Türkiyədə meşələri yandıran 7 rusiyalı saxlanıldı 25 Oktyabr 2021, 12:20 Azərbaycan hansı ölkədən hərbi təyyarələr alacaq? 25 Oktyabr 2021, 12:15 Sabah Bakıda yağış yağacaq 25 Oktyabr 2021, 12:10 8 maşından OĞURLUQ ETDİ 25 Oktyabr 2021, 12:05 Mehriban Əliyeva Qubadlıdan paylaşım etdi - FOTO 25 Oktyabr 2021, 12:00 Qahirədə müdavimlərlə GÖRÜŞ   25 Oktyabr 2021, 11:55 Sərxoş oğru TUTULDU 25 Oktyabr 2021, 11:50 DOST Mərkəzinə MEDİATUR 25 Oktyabr 2021, 11:46 İrəvan-Gümrü qatarı daşa basıldı 25 Oktyabr 2021, 11:42 Azərbaycanın Türkiyəyə ixracı 2 milyard dollara çatır 25 Oktyabr 2021, 11:38 Paşinyan Qafqazda “sülh dövrü”nün başlandığını ELAN ETDİ 25 Oktyabr 2021, 11:34 Bakının mərkəzində qumbara tapıldı - FOTO 25 Oktyabr 2021, 11:30 Tuneldə QƏZA - FOTO 25 Oktyabr 2021, 11:27 Ermənistan hərbi xərclərini artırır – Paşinyan AÇIQLADI 25 Oktyabr 2021, 11:25 Hafiz Hacıyevi süni tənəffüs aparatından ayırıblar - YENİLƏNİB 25 Oktyabr 2021, 11:20 Sabiq şöbə müdirinin məhkəməsində tələbələr dindirildi 25 Oktyabr 2021, 11:16 1059 nəfər toyalara BURAXILMADI 25 Oktyabr 2021, 11:12 “Azəriqaz”ın növbəti aksiyası Cəlilabadda keçiriləcək 25 Oktyabr 2021, 11:08 Ermənistanda COVID-19-dan daha 42 nəfər öldü 25 Oktyabr 2021, 11:04 Havar Məmmədov təltif olundu - FOTO 25 Oktyabr 2021, 11:00 Bizimkilər - “Hakim partiyanın qəzetində çalışmağın böyük məsuliyyəti var” - MÜSAHİBƏ 25 Oktyabr 2021, 10:56 Evdən 8500 manat pul OĞURLADI 25 Oktyabr 2021, 10:52 “Dostlar” serialının aktyoru vəfat etdi 25 Oktyabr 2021, 10:48 Amerikalı senatordan xalqımıza TƏBRİK 25 Oktyabr 2021, 10:44