Arxiv
30 mart 2021, 19:54 | DİASPOR
Rusiyadakı azərbaycanlılardan “Ədalətli Rusiya” partiyasına ETİRAZ

"Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası"nın Məşvərət Şurası və "Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti" ictimai təşkilatı (AzerRos) bu ölkədə fəaliyyət göstərən "Ədalətli Rusiya" partiyasının mərkəzi aparatının sədr müavini Nikolay Noviçkovun təxribat xarakterli bəyanatına kəskin etirazlarını bildiriblər.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a bildirilib ki, hər iki təşkilatın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə və digər rəsmi qurumlara ünvanlanan müraciətlərində bildirilib ki, soydaşlarımız N.Noviçkovun Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi hesabına bu ölkənin ərazilərinin genişləndirilməsi haqqında tezisin partiyanın seçkiqabağı proqramına daxil edilməsi ilə bağlı 25 mart 2021-ci il tarixli brifinqdə səsləndirdiyi bəyanatdan ciddi narahatlıq ifadə edirlər. Bu bəyanatın Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlığın güclü şəkildə möhkəmləndirildiyi, dövlət başçısı V.Putinin "Dağlıq Qarabağ suveren Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir" bəyanatının səsləndirdiyi bir dönəmdə meydana çıxdığı, dövlət sərhədlərinin toxunulmazlığına dair beynəlxalq hüquq norma və prinsiplərinə zidd olduğu nəzərə çatdırılıb.



Soydaşlarımız hesab edirlər ki, Noviçkovun bəyanatı regionda qeyri-sabitliyə, münaqişə potensialının gərginləşdirilməsinə xidmət edir, Rusiya Prezidentinin sülhün təmin olunmasına dair barış təşəbbüslərinə zərər vurmaq məqsədi güdür. Qeyd edilib ki, Rusiyadakı azərbaycanlılar və ermənilər üçün asan olmayan dönəmdə siyasətçilərin, ictimai xadimlərin və KİV-lərin öz hərəkətlərində, sözlərində və addımlarında ehtiyatlı olması çox mühümdür. "Noviçkovun bəyanatından sonra KİV-lərdə və sosial şəbəkələrdə kəskin müzakirələr və ədavətli mülahizələr səsləndirilməyə başlayıb. Hesab edirik ki, Noviçkovun bəyanatı Rusiya Federasiyasının öz ərazisində millətlərarası münaqişəyə gətirib çıxara bilər", - deyə müraciət müəllifləri vurğulayıblar.



Soydaşlarımız Rusiyanın dövlət başçısından bu cür məsuliyyətsiz hərəkətlərin qarşısının alınması məqsədilə müvafiq dövlət strukturlarına göstəriş verməyi xahiş ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yaponiya silkələndi 19 Sentyabr 2021, 17:02 Ötən gün peyvənd olunanların sayı - STATİSTİKA 19 Sentyabr 2021, 16:50 Azərbaycanda yoluxanların sayı açıqlandı 19 Sentyabr 2021, 16:38 Somalidə hava limanı partladıldı 19 Sentyabr 2021, 16:25 Şəhid övladı Şuşada ad gününü qeyd etdi 19 Sentyabr 2021, 16:11 ABŞ-da qızılın qiyməti rekord vurdu 19 Sentyabr 2021, 16:01 İrandan Zəngəzurda həbs olunan sürücülərlə bağlı AÇIQLAMA 19 Sentyabr 2021, 15:49 Türk ordusu daha 10 terrorçunu məhv etdi 19 Sentyabr 2021, 15:39 Baydendən Makrona söhbət təklifi 19 Sentyabr 2021, 15:26 Rusiyada parlament seçkilərinin seçici statistikası 19 Sentyabr 2021, 15:15 Dövlət qulluğuna qəbul üçün test imtahanı başa çatdı 19 Sentyabr 2021, 15:07 Tennisçimiz beynəlxalq turnirin qalibi oldu 19 Sentyabr 2021, 14:51 Ərdoğan Zəngəzur dəhlizindən danışdı: "...Çətinlik aradan qalxacaq" 19 Sentyabr 2021, 14:38 Ərdoğan Paşinyanın görüş istəyinə belə CAVAB VERDİ 19 Sentyabr 2021, 14:24 Misirdə fironlara aid ayin alətləri tapıldı 19 Sentyabr 2021, 14:21 Deputatdan işğaldan azad olunmuş ərazilərdə abidə TƏKLİFİ 19 Sentyabr 2021, 13:59 Çempionlar Liqasında yer almayan ən bahalı futbolçular - SİYAHI 19 Sentyabr 2021, 13:45 ABŞ-ın baş infeksionisti pandemiyanın bitəcəyi tarixdən danışdı 19 Sentyabr 2021, 13:34 Berlində Almaniya azərbaycanlıları ilə görüş olub 19 Sentyabr 2021, 13:25 Qanunsuz sərnişin daşıyanlar cərimələndi - FOTOLAR 19 Sentyabr 2021, 13:25 Samux sakini yıxılaraq öldü 19 Sentyabr 2021, 13:15 Gorus-Qafan yolunda iki erməni İTİB 19 Sentyabr 2021, 13:12 Deputat şəhid ailələrini ziyarət etdi - FOTOLAR 19 Sentyabr 2021, 13:05 “Mossad” iranlı nüvə alimini robot-pulemyotla güllələyib 19 Sentyabr 2021, 12:59 Koronavirusa yoluxan cərrah reanimasiyaya yerləşdirildi 19 Sentyabr 2021, 12:51 Hindistanda koronavirusdan ölüm sayı yarım milyona çatdı 19 Sentyabr 2021, 12:49 Qaradağda gənc oğlan bıçaqlandı 19 Sentyabr 2021, 12:37 Paşinyanı ələ saldılar: “Ermənistanın selfi çempionu”... 19 Sentyabr 2021, 12:35 ABŞ dünya ölkələrinə 500 milyon doz "Pfizer" paylayacaq 19 Sentyabr 2021, 12:28 Tehran: "Qonşu ölkələrin ərazi bütövlüyü hər şeydən üstündür" 19 Sentyabr 2021, 12:20 Sabahın havası: bir külək əsəcək ki... 19 Sentyabr 2021, 12:12 Cəlilabadda qədim məzarlıq aşkarlandı 19 Sentyabr 2021, 12:08 Azərbaycanlı qadınlar bir ildə bu qədər aborta gediblər - Aralarında 15-17 yaşı olanlar da var 19 Sentyabr 2021, 12:01 Şuşa ETÜDLƏRİ 19 Sentyabr 2021, 12:00 Gürcüstanda koronavirusdan ölənlərin sayı artdı 19 Sentyabr 2021, 11:43
SORĞU Hansı vaksinə etibar edirsiniz?