Modern.az

Deputat Hərbi Hospitalın işini TƏNQİD ETDİ

Deputat Hərbi Hospitalın işini TƏNQİD ETDİ

2 Aprel 2021, 11:40

Milli Məclisin deputatı Aqil Abbas qazilərin problemlərindən danışıb.

 

Modern.az xəbər verir ki, deputat parlamentin bugünkü iclasında qazilərdən tez-tez ciddi və düzgün şikayətlər eşitdiyini deyib:

 

"Məsələ belədir. Hərbi hospitalın işi ürəkaçan deyil. Bir resept yazırlar və deyirlər ki, "get, dərmanı özün al". Hansı pulla alsınlar?! Bəzi qazilərimizin hələ əlillik dərəcəsi də təyin olunmayıb. Hələ bir çoxu ordudan tərxis olunmayıb. Əlilliyin təyin olunmasında da qazilər çətinliklə üzləşir. Elə bil bu əsgərlərə yenidən göz çıxacaq, ayağı uzanacaq? Müdafiə Nazirliyinə ən çox maliyyə ayrılır. Könüllü ianələr də olunur. Sual olunur: niyə Müdafiə Nazirliyinin Hospitalı qazilərin müalicəsini təşkil etmir?
Məsələn, DİN-nin hospitalında nəinki polislər, onların ata-anası da oradan istifadə edə bilirlər. Ancaq bizim Hərbi Hospital deyir ki, "get özün müalicə al". Niyə Müdafiə Nazirliyinin hospitalı bu işlə ciddi məşğul olmur? İnsanlar rayondan gəlir. Həkimə getməkdirsə, rayondakı həkim də eyni diaqnozu qoyur. YASAT Fondu sağ olsun, hər şey edir. Niyə bu boyda Hərbi Hospital bunları etmir? Xahiş edirəm, müdafiə naziri, arada bir özünüz hospitala gedin və orada müalicə olunun".

Aqil Abbas deyib ki, qazilərin şikayətləri müzəffər qələbəmizə kölgə salır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir