Arxiv
12 Aprel 2021, 10:41 | AKTUAL
Həkimdən peyvənd olunanlara vacib MƏSLƏHƏT: “Çalışıb bunları edin!”

“Koronavirusa qarşı peyvənddən sonra bir çox insanlarda suallar yaranır. Məsələn, vaksinasiyadan sonra karantin qaydalarına yenə də ciddi surətdə riayət etmək lazımdırmı, peyvənd almamış insanlarla ünsiyyətdə olmaq təhlükəlidirmi, vaksinasiyadan sonra insan bu virusa yoluxa bilərmi və s. Vaksin infeksiyadan 100% qorumasa da, hələlik bütün dünya həkimləri koronavirusa qarşı ən effektiv üsul kimi vaksinasiyanı seçib”.

 

Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi Bəylər İmanov “Peyvənd almış insanlar özlərini necə qorumalı, hansı qaydalara riayət etməlidir” sualını cavablandırarkən bildirib.

 

Həkim qeyd edib ki, peyvənd olunmuş insanlar da virusa yoluxa bilər, lakin xəstəliyi ağırlaşmalar olmadan, fəsadsız keçirirlər:

 

“Məsələn, peyvənd almış insan bir ay ərzində viruslu  xəstə ilə ünsiyyətdə olarsa, yoluxa bilər, ancaq bu zaman o, xəstəliyi daha yüngül keçirəcək. Belə hallarda ölüm halı istisnadır. Koronavirus infeksiyasına qarşı vaksin vurulduqdan sonra mütləq profilaktika tədbirlərinə riayət olunmalıdır.

COV:D-19-a yoluxmamaq üçün kütləvi tədbirlərdən uzaq olmaq, gigiyenik qaydalara ciddi riayət etmək, maska və əllərin tez-tez yuyulması rejimini gündəlik həyat tərzi kimi qəbul etmək, sosial məsafə saxlamaq lazımdır.

Peyvənd olunduqdan sonra 3 gün ərzində hamam və saunalardan imtina etmək lazımdır. Həmçinin, fiziki yüklərdən azad olmaq məsləhətdir. Alkoqollu içkilərdən uzaq olmaq mütləqdir. Peyvənddən sonra bir qədər istirahət etmək lazımdır”.

B.İmanovun sözlərinə görə, vaksinasiyadan sonra qida rasionuna diqqət etmək zəruridir:

 

“Çalışın orqanizmdə D vitamini səviyyəsinin kifayət qədər olduğunu diqqətdə saxlayasınız. Zülal tərkibli məhsullar qəbul edin. Bu, daha çox ət, balıq və yumurtada olur. Fikir verin ki, qida rasionunuzda bu qidalar və digər vitaminlə zəngin məhsullar olsun.

Həmçinin, çalışın soyuqlamayın, çox istidə də olmayın, stressdən uzaq durun və allergiyanız olan məhsulları qəbul etməyin. Hamiləliyin planlaşdırılmasını peyvənd olunduqdan 2-3 ay sonraya saxlamaq məsləhətdir və vaksinasiyadan qabaq hamiləlik planlaşdıran qadınlara bu barədə məlumat verilir”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə oğul anasını bıçaqladı 8 May 2021, 01:00 Bayden Putinlə görüşəcəyinə əmindir 8 May 2021, 00:51 Keçmiş pilot Putinin təyyarədəki davranışından danışdı 8 May 2021, 00:35 Abşeronda dəhşətli hadisə - maşınlar piyadanın üstündən keçdi 8 May 2021, 00:18 Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI 8 May 2021, 00:05 Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA 7 May 2021, 23:53 “Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - 7 May 2021, 18:49 “Azəriqaz” yanında İctimai Şuraya seçkilər başa çatdı – ÜZVLƏR 7 May 2021, 18:38 Milli Məclisdə Heydər Əliyevin 98 illiyinə həsr edilmiş tədbir - Fotolar 7 May 2021, 18:15 Amerika Asiyada yeni NATO təsis edir - TƏHLİL 7 May 2021, 18:07 Musa Yaqubdan bir də gəlməyəcək! 7 May 2021, 18:00