Modern.az

Hərbi cinayətkar Ermənistanda parlament seçkilərinə qatılacaq

Hərbi cinayətkar Ermənistanda parlament seçkilərinə qatılacaq

12 Aprel 2021, 17:03

Ermənistanda parlamentinə iyunun 20-də baş tutacaq növbədənkənar seçkilərə onlarla siyasi partiya və koalisuya qatılacaq.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Birinci Qarabağ Müharibəsində Azərbaycana qarşı döyüşlərdə aktiv iştirak edən, separatçı qüvvələrin keçmiş komandanı Samvel Babayan Ermənistanda seçkilərə qatılacaq.

 

O bir qrup ziyalının onu seçkilərdə iştiraka səslədiyini bildirib. Samvel Babayan seçkilərdə heç bir qüvvə ilə koalisiyaya girməyəcəyini də deyib.

Xatırladaq ki, Samvel Babayan Xocalı, Qaradağlı və s. yaşayış məntəqələrində dinc azərbaycanlılara qarşı cinayətlərə yol verib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər