Modern.az

Qırğızıstanda azad və demokratik seçki keçirildi - Deputat

Qırğızıstanda azad və demokratik seçki keçirildi - Deputat

Aktual

12 Aprel 2021, 18:58

Dünən Qırğızıstanda Konstitusiyanın dəyişdirilməsi üçün ümumxalq səsverməsi - referendum və yerli şuralara seçkilər başa çatıb.

 

Referendumu və yerli şuralara seçkiləri TÜRKPA-nın beynəlxalq müşahidəçi missiyasının tərkibində Azərbaycan Milli Məclisinin deputatı Vüqar İskəndərov, Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından Fərrux Cumayev və Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasından Aydın Cəfərov izləyib.

 

Deputat Vüqar İskəndərov Modern.az-a açıqlamasında bildirib ki, dünənki seçkilərlə bağlı bu gün mətbuat konfransı keçirilib:

 

“Mətbuat konfransında beynəlxalq müşahidəçi olaraq mən də müşahidələrimi bildirdim. Qırğızıstan seçkilərə yaxşı hazırlaşmışdı. Bütün məntəqələr elektron vasitələrlə təmin olunmuşdu. Fiziki məhdudiyyətli insanların səsveməsi üçün hər cür şərait yaradılmışdı. Bir sözlə, azad və demokratik seçki keçirilib”.

 

Məlumat üçün bildirək ki, Konstitusiyaya düzəlişlər və əlavələr olunması ilə bağlı keçirilən referenduma Prezidentin səlahiyyətlərinin artırılması istiqamətində əsas normaların müəyyənləşdirilməsi və Joqorku Keneşdə (parlament) deputatların sayının 120-dən 90-a endirilməsi məsələləri çıxarılıb.

 

Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şayldabekova jurnalistlərə bildirib ki, son məlumata görə, səs hüququ olan 3.3 milyon seçicinin 78 faizi səsvermədə iştirak edib. Bu da o deməkdir ki, referendum və yerli şuralara seçkilər baş tutub. Siyasi kampaniyanın ilkin nəticələrinin bu gün axşam  elan olunacağı gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür