28 Sentyabr 2021, Çərşənbə axşamı
Arxiv
13 Aprel 2021, 11:28 | AKTUAL
Zahid Oruc: ”Düşmən Qarabağı özü üçün məzarlığa çevirdi”
 

"Dünən təntənəli açılışı olan Hərbi Qənimətlər meydanı təkcə dağıdıcı silahların, bir vaxtlar keçilməz sayılan istehkamların deyil, ilk növbədə torpağın üstü əvəzinə altında rahat yaşayan erməniçiliyin şəklidir.Ora ziyarətə gələn milyonlarla azərbaycanlı üçün düşmən ordusunun həqiqi simasının yeni adı “8 noyabr” prospektidir.Bəli, düz 30 il Qarabag və ətraf ərazilər özü boyda qənimətlər parkı idi, lakin düşmən o əraziləri özü üçün məzarlığa çevirdi"

 

Modern.az xəbər verir ki, bunu parlametin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Zahid Oruc bildirib.

 

Deputat qeyd edib ki, Müstəqil Azərbaycan dövlətinin son 100 illik tarixində ilk dəfə, o cümlədən keçmiş sovet ölkələri içərisində qalibiyyət və qənimət meydanı olan bir neçə ölkədən biriyik:

 

“Hərbi qənimətlər” parkı olan London, Vyana, Paris isə 200-100 il əvvəlki tarixin irsini daşıyır.

 

Faşizm üzərində qələbədə olduğu kimi 21-ci əsrdə erməni əsgəri texnikasi ilə birgə təslim olmuşdu. O park milyonlarla insanımız üçün qəlb rahatlığı yeridir, çünki 23 min şəhidimizin qisasının alındığı erməni məzarlığıdır, qalib ordumuzun birgə silahları ilə yaratdıqları əsərdir, ən yaxşı hərbi məktəbdir, institutdur, nəhayət and yeridir. Çünki o texnika-texnologiyaları hərbi müdavimlər, gələcəyin generalları gəlib gerçək dərslər kimi öyrənəcəklər.44 gündə hər an döyüş meydanlarından gözlədiyimiz xəbərlərin özü gəlib paytaxtımıza.O meydana gətirilməyən düşmən silahının öz başına endirildiyi digər qənimətlər də var.Bu təkcə iqtisadi qazanc deyil, həm də həyatını itirə biləcək minlərlə insanımızın qorunması deməkdir.

 

Ali Baş Komandan qarşısında çıxış edən Xüsusi Təyinatlılar qəhrəmanlıqla döyüşdükləri kimi, həm də parlaq və təsirli nitq söylədilər, natiqlik bacarıqlarını göstərdilər.Heç bir partiya, hərəkat, qrup belə yüksək nüfuza malik deyil, ona görə yox ki, silahları yoxdur, ona görə ki, bütün millətimizin vahidliyini prezidentdən sonra təmsil edən yeganə gücdür.Bəli, ordumuz siyasətdən kənardır, lakin qalib general və əskərlərimiz dövlətimizə təkcə silahla deyil, həm də hökumətdə, parlamentdə, icra hakimiyyəti orqanlarında dürüstlükləri, cəsarətləri və vətənpərvərlikləri ilə xidmət edəcəklər.Vaxtilə Atatürkün Cümhuriyyət qurandan sonra ən böyük silahdaşları ordunun özü olmuşdu.İndi İlham Əliyevin ən güclü partiyası milyonlarla insanımızın, heç bir siyasi qüvvənin fərq qoymadığı şanlı ordumuzdur.

 

Erməni silahlı qüvvələrinin isə cəmi 44 günlük canı varmış!"

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Böyrək daşı xəstəliyinin müalicəsi 28 Sentyabr 2021, 08:11 Anım Günündə 58 mindən çox ağac əkildi 28 Sentyabr 2021, 07:56 Daha bir ölkə turistlər üçün sərhədlərini açır 28 Sentyabr 2021, 07:50 Azərbaycan bu məhsulların idxalına qadağa qoydu 28 Sentyabr 2021, 07:46 Yunanıstanda güclü zəlzələ olub - Ölən və yaralananlar var 28 Sentyabr 2021, 07:32 Bayden peyvəndin 3-cü dozasını vurdurdu 28 Sentyabr 2021, 00:58 44 gün davam edəcək “Xarıbülbül” satış-sərgisi keçirilir 28 Sentyabr 2021, 00:47 Makrona yumurta atan şəxs saxlanıldı 28 Sentyabr 2021, 00:35 Nazirlik Teymur Mirzəyevin vəfatı ilə bağlı nekroloq yaydı 28 Sentyabr 2021, 00:27 Nigeriyada silahlılar 34 nəfəri öldürdü 28 Sentyabr 2021, 00:10 Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yenə uduzdu 27 Sentyabr 2021, 23:57 Anım Günü Polşa mətbuatında 27 Sentyabr 2021, 23:46 Saakaşvili oktyabrın 2-nə Tbilisiyə bilet aldı 27 Sentyabr 2021, 23:41 Türkiyə əhalisinin 70%-dən çoxu tam peyvəndlənib 27 Sentyabr 2021, 23:27 Selçuk Bayraktardan Anım Günü PAYLAŞIMI 27 Sentyabr 2021, 23:14 Pakistan Abidəsi Azərbaycan bayrağı ilə işıqlandırıldı 27 Sentyabr 2021, 22:49 BMT Baş katibindən Azərbaycan və Ermənistanla bağlı BƏYANAT 27 Sentyabr 2021, 22:36 Mənzildə 89 yaşlı qadının meyiti tapıldı 27 Sentyabr 2021, 22:33 Aİ: Bölgəyə sülh və firavanlıq diləyirik 27 Sentyabr 2021, 22:10 Azad olunmuş rayonların hərbi hazırlıq müəllimləri bir araya gətirildi 27 Sentyabr 2021, 22:08 Atakule qülləsində Azərbaycan bayrağı - FOTO 27 Sentyabr 2021, 21:54 25 yaşlı media əməkdaşı ürəktutmasından vəfat etdi 27 Sentyabr 2021, 21:45 Daha bir ölkə "Bayraktar TB2" PUA-ları alıb 27 Sentyabr 2021, 21:45 AŞPA: Mina xəritələrinin Azərbaycana verilməsi vacibdir 27 Sentyabr 2021, 21:23 YAP-dan Anım Günü BƏYANATI   27 Sentyabr 2021, 21:21 Vətən müharibəsi şəhidlərinin xatirəsi Londonda anıldı - FOTOLAR 27 Sentyabr 2021, 21:06 Daha 44 qaziyə avtomobil verildi - FOTOLAR 27 Sentyabr 2021, 21:03 Bayrağımız Nur-Sultanın ən hündür binalarından birində - FOTO 27 Sentyabr 2021, 20:51 Şəhidlərimiz Neftçalada da ANILDI 27 Sentyabr 2021, 20:36 Bayrağımız Heydər Əliyev Mərkəzi və “Alov qüllələri”ndə əks olundu - FOTOLAR 27 Sentyabr 2021, 20:31 Şəhid ailələrinə orden və medallar təqdim edildi - VİDEO 27 Sentyabr 2021, 20:27 Britaniyalı deputatdan mina xəritələrilə bağlı ÇAĞIRIŞ 27 Sentyabr 2021, 20:24 Daha bir partiya bəyanat yaydı 27 Sentyabr 2021, 20:22 Türkiyə ilə hərbi-texniki təminat məsələləri müzakirə edildi 27 Sentyabr 2021, 20:18 Şəhidlərimizin xatirəsinə səmaya işıq fənərləri BURAXILDI - VİDEO 27 Sentyabr 2021, 20:12
SORĞU Hansı vaksinə etibar edirsiniz?