Modern.az

Övladına toy edən ata qonaqları ilə birlikdə CƏRİMƏLƏNDİ

Övladına toy edən ata qonaqları ilə birlikdə CƏRİMƏLƏNDİ

14 Aprel 2021, 09:24

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Taleh Həsənov yaşadığı evdə qonaqların iştirakı ilə öz övladına toy məclisi təşkil etdiyi müəyyən edilib.

 

Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 5 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir