Arxiv
16 Aprel 2021, 07:50 | TƏHSİL
Bu gün 18 mindən çox şagird buraxılış imtahanı VERİR

Aprelin 16-da Bakı şəhərinin Binəqədi, Nizami, Səbail, Suraxanı rayonlarında, Gəncə şəhərinin Nizami rayonunda, Ağcabədi, Ağstafa, Astara, Oğuz, Şamaxı, Saatlı rayonlarında və Sumqayıt şəhərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilir. Bu imtahanlarda 18367 nəfərin iştirakı nəzərdə tutulur.

Bu barədə Modern.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;


- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).


Xatırladaq ki, şagirdlər imtahana buraxılış vərəqəsini internet vasitəsilə DİM-in saytından aprelin 5-dən etibarən çap edib götürə bilirlər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
AHİK rəhbərliyi Heydər Əliyevin xatirəsini yad ediblər   8 May 2021, 14:03 Ağcabədidə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb 8 May 2021, 13:58 NİDA-çı Bayram Məmmədovun nəşi bu gün Bakıya gətiriləcək 8 May 2021, 13:52 Azərbaycanda taxıl biçininə hazırlıqlar BAŞLADI 8 May 2021, 13:46 Azərbaycan diasporu 8 may tarixini necə qeyd edir… 8 May 2021, 13:40 İrandan Laçın dəhlizi vasitəsilə Qarabağa şübhəli yük daşınır - VİDEO 8 May 2021, 13:34 Putin Azərbaycan xalqını TƏBRİK ETDİ 8 May 2021, 13:28 “Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri var” - Tahir Budaqov 8 May 2021, 13:24 Sabah yağış yağacaq - PROQNOZ 8 May 2021, 13:20 Milli Qəhrəman İlqar Mirzəyevin anım mərasimi keçirilib - FOTO 8 May 2021, 13:14 Birinci sinfə şagird qəbulu DAYANDIRILIR 8 May 2021, 13:08 İkinci Dünya müharibəsindən neçə veteranımız qalıb… 8 May 2021, 13:02 MAXE-lər təlimə cəlb olundu - SƏBƏB 8 May 2021, 12:58 Azərbaycanda hansı banklar yaxşı işləyir? - İqtisadçılar siyahı AÇIQLADILAR 8 May 2021, 12:53 Kapital Bank bayram günlərində xidmət göstərəcək 8 May 2021, 12:50 İcra başçısı Milli Qəhrəmanın məzarını ziyarət edib 8 May 2021, 12:49 Bakı Ali Neft Məktəbində Elmi Konfransları başa çatır 8 May 2021, 12:45 BBC İlham Əliyevin simasında tamamilə fərqli situasiya ilə qarşılaşdı - Deputat 8 May 2021, 12:42 Nazirlik bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək 8 May 2021, 12:39 Qənirə Paşayevanın “Addım-addım Yaponiya” kitabı təqdim olundu 8 May 2021, 12:36 Yükdaşıma qaydalarını pozanlar CƏZALANDIRILICAQ 8 May 2021, 12:33 “Şuşada çalınacaq Zəfər nəğməsi Xankəndiyə yayılacaq, düşmənə göz dağı olacaq” - Fərhad Bədəlbəyli 8 May 2021, 12:28 Ermənilər Füzulidə ən çox bu əraziləri minalayıblar 8 May 2021, 12:22 Azərbaycandakı talassemiya xəstələrinin sayı AÇIQLANDI 8 May 2021, 12:16 Heydər Əliyev ideyalarının Zəfəri 8 May 2021, 12:11 Milli Qəhrəman yaşasaydı bu gün 48 yaşı olacaqdı... 8 May 2021, 12:10 Şəmkirdə həmyerlisini ov tüfəngi ilə öldürən şəxsin işi məhkəmədə... 8 May 2021, 12:05 Musa Yaqub dəfn olundu - FOTOLAR 8 May 2021, 12:00 Əli Əsədovdan QHT-lərlə bağlı QƏRAR 8 May 2021, 11:55 Səfir Aqşin Mehdiyev: “Baydenın bəyanatı faktiki mənasını itirmiş oldu” - MÜSAHİBƏ 8 May 2021, 11:50 Azərbaycan Müdafiə Nazirliyi sülhməramlıların Xankəndidəki paradı ilə bağlı məlumat YAYDI 8 May 2021, 11:44 Daha bir koronavirus xəstəsinə cinayət işi açıldı 8 May 2021, 11:38 Nəşi tapılan Şəhid hərbçimizin cənazəsi qarşısında qurban kəsildi 8 May 2021, 11:32 Dünya erməniliyinin alt-üst olan Şuşa ARZUSU 8 May 2021, 11:27 Ötən gün yol qəzalarında 3 nəfər ölüb 8 May 2021, 11:22