Arxiv
16 Aprel 2021, 15:45 | İQTİSADİYYAT
Prezidentlə xanımı təməlqoyma mərasimində - YENİLƏNİB

Aprelin 16-da Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, 2019-cu ildən Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində xüsusi abadlaşdırma işlərinə başlanılıb. Balaxanı qəsəbəsinin timsalında uğurlu təcrübənin şahidi olmuşuq. Bibiheybət, Novxanı, Əmircan, Ramana qəsəbələrində də bu proses davam edir.

 

Artıq Pirşağı da mahiyyətcə qədim, formaca yeni simasını qazanacaq. Həyata keçirilən tədbirlərin əsas məqsədi buradakı insanların daha yaxşı şəraitdə yaşaması, özlərini daha rahat hiss etmələridir. Pirşağı tarixən iqlim terapiyası üçün əlverişli zona hesab olunub. Yekunda ekoloji vəziyyətin də yaxşılaşdırılması hədəf kimi qarşıya qoyulub.

 

Qəsəbədə abadlıq işləri həm mövcud binalar üzərində, həm də açıq məkanlarda aparılacaq. Mərkəzi hissədə məscidin qarşısında Şərq bağçılıq ənənələrinə uyğun parkın salınması nəzərdə tutulur. Ənənəvi “Çar-bağ” (Cahar-bağ) prinsipi ilə salınacaq parkın mərkəzində su hövzəsi yerləşdirilib və ondan dörd istiqamətdə yollar ayrılır.

 

Pirşağıda abadlaşdırma işləri məşğulluğun təminatına da müsbət təsir göstərir. Prosesdə iştirak edənlərin böyük əksəriyyəti məhz yerli sakinlərdən ibarətdir. Yeni siması ilə post-pandemiya dövründə cəlbedici turizm məkanlarından birinə çevrilməyi hədəfləyən Pirşağıda tələbata uyğun məhsulların istehsalı da istisna edilmir.

 

Abadlaşdırma zamanı tarixi abidələrin bərpası və aşkarlanması əsas məqsədlərdəndir. Pirşağıda bu mənada bərpa-konservasiya olunacaq abidələrdən biri Hacı Şahverdi hamamıdır. Yerli əhali onu “Qum hamamı” kimi tanıyır.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hacı Şahverdi hamamı ilə tanış oldular.

 

Dövlətimizin başçısı və birinci xanım qəsəbədə ağac əkdilər.

 

Prezident İlham Əliyev Pirşağı qəsəbəsində yenidənqurma və təmir-bərpa işlərinin təməlini qoydu.

 

Bu il Mərdəkan, Buzovna və Maştağa qəsəbələrinin də bu prosesə qoşulacağı gözlənilir.

 

Sonra dövlətimizin başçısı və xanımı qəsəbə ilə tanış oldular.

 

Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində həyata keçirilən bu layihələr həm tarixilik, həm də mövcud reallıqlar baxımından xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə, yerli memarlıq məktəbinin üslubları və özünəməxsus rəng çalarları yenidən canlandırılır və gələcək nəsillərə ötürülür. Post-müharibə və mövcud pandemiya reallığından baxdıqda isə iqtisadi gücümüzün böyük dərəcədə artdığı, hətta qlobal çağırışlara rəğmən, heç bir sosial layihənin ixtisar olunmadığı aydın görünür.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bir gündə 8,5 milyard ton buzlaq əridi 1 Avqust 2021, 11:08 Mersində daha iki yanğın söndürüldü 1 Avqust 2021, 11:05 Daşkəsəndə iki nəfər dumanlı havada itkin düşdü 1 Avqust 2021, 11:04 Sabahdan bağçalar elektron qəbula keçir   1 Avqust 2021, 11:01 Xarici jurnalistlər Gəncədə erməni terroru ilə tanış oldular  1 Avqust 2021, 10:58 Türkiyədə yanğınsöndürənlərimizə təşəkkür etdilər 1 Avqust 2021, 10:51 İlk övladını görmək ona qismət olmadı, amma... - 27 yaşlı şəhidimizin SON SÖZÜ 1 Avqust 2021, 10:47 Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı 1 Avqust 2021, 10:38 Yeyib-içdilər, ortaya qan düşdü 1 Avqust 2021, 10:30 Toy qaydalarını pozanlar məsuliyyətə cəlb olundu 1 Avqust 2021, 10:27 İsraildə 80 min vaksin məhv ediləcək 1 Avqust 2021, 10:18 “Tokio-2020”: daha 18 nəfərdə virus aşkarlandı 1 Avqust 2021, 10:08 Göygöldə gənci bıçaqlayan 20 yaşlı oğlan tutuldu  1 Avqust 2021, 10:04 Gədəbəydə “Xaş-xaş-2021” əməliyyatı 1 Avqust 2021, 10:00 Suraxanıdakı yanğının səbəbi məlum oldu: yararsız sayğaclar... 1 Avqust 2021, 09:59 İordaniya Suriya ilə sərhədi bağladı 1 Avqust 2021, 09:58 Qaxda 39 yaşlı kişini bıçaqlayan qandallandı 1 Avqust 2021, 09:51 Yoluxma sayı 530 mindən çox artdı 1 Avqust 2021, 09:47 Vahid Əhmədov: Jirnovski anlamalıdır ki... 1 Avqust 2021, 09:39 Ermənilər Naxçıvanı atəşə tutdu 1 Avqust 2021, 09:30 “Yanmış bölgələri yenidən bərpa edəcəyik” - Nazir   1 Avqust 2021, 09:28 Türkiyə yenə silkələndi 1 Avqust 2021, 09:27 ABŞ-da atışma: Yaralılar var 1 Avqust 2021, 09:26 Binəqədidə yanğın oldu 1 Avqust 2021, 09:20 Sumqayıtda üçotaqlı ev yandı 1 Avqust 2021, 09:19 Mingəçevirdə təcili yardım maşını qəzaya düşdü 1 Avqust 2021, 09:14 Türkiyədə 107 yanğından 98-i söndürülüb   1 Avqust 2021, 09:12 Ağstafada 38 yaşlı kişi bıçaqlandı 1 Avqust 2021, 09:10 "Tokio-2020": Atıcımız 281 xal qazandı 1 Avqust 2021, 09:05 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü! 1 Avqust 2021, 09:00 Sabirabadda birmərtəbəli ev alovlandı 1 Avqust 2021, 08:59 Gürcüstanda itkin düşən avstraliyalı qadının meyiti tapıldı 1 Avqust 2021, 08:58 İsveçrədə karantin rejiminə qarşı etiraz aksiyası 1 Avqust 2021, 08:51 Şəmkir sakini qolundan bıçaq xəsarəti aldı 1 Avqust 2021, 08:45 Kürdəmirdə 30-a yaxın toy sahibi cərimələndi 1 Avqust 2021, 00:55