Modern.az

Azərbaycanda yoluxma sayı 1000-dən aşağı düşdü

Azərbaycanda yoluxma sayı 1000-dən aşağı düşdü

19 Aprel 2021, 16:36

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 995 yeni yoluxma faktı qeydə alınıb, 1136 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  29 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 301661 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 265539 nəfər müalicə olunaraq sağalıb, 4169 nəfər vəfat edib, aktiv xəstə sayı 31953 nəfərdir.

 

Ölkədə son sutka ərzində 5955, hazırkı dövrədək isə 3114879 test aparılıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir