Modern.az

Binə Ticarət Mərkəzində kütləvi zəhərlənmə - cinayət işi açıldı

Binə Ticarət Mərkəzində kütləvi zəhərlənmə - cinayət işi açıldı

Təhsil

16 Sentyabr 2012, 19:33

Sentyabrın 16-da Binə Ticarət Mərkəzində kütləvi zəhərlənmə baş verib. Hadisə nəticəsində 100-ə yaxın insan zəhərlənib.
Binə Ticarət Mərkərizdə baş verən kütləvi zəhərlənmə faktına görə, cinayət işi açılıb. Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. E.Sulyanov bildirib ki, baş vermiş hadisə ilə bağlı fakta görə, Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, zəhərlənməyə ticarət mərkəzində quraşdırılmış generatorlar səbəb olub. Ticarət mərkəzində elektrik enerjisi kəsildiyi üçün generatorlar işə salınıb. Generatorlarda yaranmış nasazlıq insanların kütləvi zəhərlənməsi ilə nəticələnib. Hadisə nəticəsində 100-ə yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü