Arxiv
22 Aprel 2021, 16:15 | MƏDƏNİYYƏT
Rəmiş əvəzedilməzdi? - Deputat “hə” dedi, tanınmış gitaraçı RAZILAŞMADI

Zaman-zaman məşhur ifaçılar musiqi alətlərinə öz möhürlərini vurublar. Onların bu musiqi alətləri ilə adı qoşa çəkilib. Saz deyəndə Aşıq Ədalət, kamança deyəndə Habil Əliyev, gitara deyəndə Rəmiş göz önünə gəlirdi. İndi onların hər biri haqq dünyasına qovuşub.


Modern.az 
indiki dövrdə Rəmişi əvəzləyəcək və ya onun yolu ilə gedən gitaraçılarımızın olub-olmadığına aydınlıq gətirib. 


Tanınmış gitaraçı Rəhman Məmmədli sənətin bir nəfərlə bitmədiyini qeyd edib:


“Bir nəfərlə bitsəydi Cabbar Qaryağdı oğlundan sonra Arif Babayev, Yaqub Məmmədov oxumazdı. Birmənalı olaraq gitaranı Azərbaycana Rəmiş sevdirdi, amma Rəmiş olan zamanda da çox böyük musiqiçilərimiz var idi. Sənət çox ali səviyyədə davam edir və edəcək. Əsrimiz elə əsrdi ki, inkşaf,  tərəqqi çox yüksək səviyyədədir. Rəmişin çox gözəl davamçıları var və olacaq.

Mən hər zaman əlimdə olan faktlara əsaslanaraq danışıram. “Qarabağ şikəstəsi”ni mənim ifamda eşidiblər və ABŞ-ın Texas ştatının Dallas şəhərinə dəvət edilmişəm. Orada Azərbaycan gitara ifasını təbliğ etmişəm. Amma məndən də güclü gitaraçılar var və gələcək. O güclü gitaraçılardan da güclüləri gələcək, çünki sənət bu üslubda davam edir”.


Milli Məclisin deputatı Aqil Abbas gitaranı milliləşdirənin Rəmiş olduğunu vurğulayıb:


“Vaxtilə Süleyman Abdullayev də 7 simli xüsusi gitarada ifalar edib və gitaranı azərbaycanlılaşdırıb. Lakin elektron gitaranı Azərbaycana Rəmiş gətirib. Məsələ gitaranı ümumiləşdirmək deyil, onu qeyri-adi ifa etməkdir. Gözəl gitara çalan yaşlılar da, gənclər də var. Gitara Rəmişin atasından qalmayıb, necə ki Vaqif  Mustafazadə, Bülbül, Rafiq Babayev əvəzedilməzdirsə, eləcə də Rəmiş də əvəzedilməzdir”.



Mehri QURBAN

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda veteranlara avtomobil hədiyyə edildi 9 May 2021, 13:16 15 yaşlı məktəbli özünü asdı 9 May 2021, 13:08 Göyçayda dəm qazından zəhərlənən 18 yaşlı qız öldü 9 May 2021, 12:59 Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi 9 May 2021, 12:51 Sabahın havası: evdən çətirsiz çıxmayın 9 May 2021, 12:48 Masallıda idman zalında karantin qaydalarını pozanlar cərimələndi 9 May 2021, 12:39 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 9 May 2021, 12:30 YAP-da ağacəkmə aksiyası  9 May 2021, 12:24 Azərbaycanın apreldəki “OPEC plus” hesabatı açıqlandı 9 May 2021, 12:12 Azərbaycan Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər 9 May 2021, 12:00 Ermənistanda COVİD-19-a yoluxanların sayı yenə rekord vurdu 9 May 2021, 11:51 Hazırda nə qədər azərbaycanlı legioner yaşayır?.. 9 May 2021, 11:44 Moskvada Qələbə paradı keçirilir - Canlı 9 May 2021, 11:34 Ötən gün altı azyaşlı xilas edildi - AZƏRBAYCANDA 9 May 2021, 11:28 Gürcüstanda koronavirusa yoluxanların sayı  - RƏSMİ 9 May 2021, 11:19 Göygölə balıq körpələri buraxıldı 9 May 2021, 11:09 Anri Orimon: Fransada hər kəs “Xarqo”nun cəsarətindən danışır 9 May 2021, 10:58 Nasistlərlə əməkdaşlıq edənlərin qəhrəmanlaşdırılmasını qınayırıq  - XİN 9 May 2021, 10:49 Bu meyvələr şəkəri yüksək olanlar üçün çox faydalıdır 9 May 2021, 10:45 Mehriban Əliyeva veteranları təbrik etdi 9 May 2021, 10:38 DTX-dan Qələbə günü paylaşımı 9 May 2021, 10:34 “Ingenuity” helikopteri Marsda yeni əraziyə ilk uçuş etdi 9 May 2021, 10:29 Sadıq Xan yenidən Londonun meri seçildi 9 May 2021, 10:21 Şotlandiyada parlament seçkilərində müstəqillik tərəfdarları qalib gəldi 9 May 2021, 10:19 Fazil Mustafadan dindarlara: "Onlarla mübahisə edə bilməzsən" 9 May 2021, 10:08 Qardabanidə Milli Qəhrəmanın xatirəsi yad edildi 9 May 2021, 09:59 Moskva Qələbə Paradına 190-dan çox hərbi texnika çıxaracaq 9 May 2021, 09:51 Los Ancelesdə faşizm üzərində qələbədə Azərbaycanın roluna dair film hazırlandı 9 May 2021, 09:45 İlon Mask sindromdan əziyyət çəkdiyini etiraf etdi 9 May 2021, 09:40 Çinin kosmosa göndərdiyi raket Hind okeanına düşdü 9 May 2021, 09:30 ABŞ-da atışma: 3 nəfər yaralandı 9 May 2021, 09:19 Məşhur oyunun azərbaycanlı qurucusu: “Ronaldinyonun bizimlə əməkdaşlıq edəcəyini gözləmirdik” - MÜSAHİBƏ 9 May 2021, 09:11 Bu gün Azərbaycanda sonuncu Qədr gecəsidir 9 May 2021, 09:10 Kolumbiyada etiraz: 548 nəfər itkin düşdü 9 May 2021, 08:59 Bakı sakinini avtomobil vurdu 9 May 2021, 08:44