Modern.az

Hindistanda oksigen BÖHRANI

Hindistanda oksigen BÖHRANI

23 Aprel 2021, 12:00

Pandemiya dövründə gündəlik yoluxma sayı 324 mini keçən Hindistanda oksigen ehtiyacı böhrana çevrilib.

Modern.az xəbər verir ki, bu barədə Dehlinin əyalət naziri məlumat yayıb. Nazir qeyd edib ki, gündəlik olaraq 700 ton oksigenə ehtiyacları var.

Digər tərəfdən, xəstəxanalar bildirir ki, bu vəziyyət 5-6 gündür davam edir.

Oksigen tədarükçüsü ilə əlaqə qurula bilmir.

Qeyd edək ki, Hindistan 2 aprel tarixindən bəri dünyada gündəlik ən çox yoluxma qeydə alınan ölkədir.

Hindistanda COVID-19-a kütləvi yoluxmalar səhiyyə sisteminə təzyiqi artırır. Yoluxmalar əsasən koronavirusun Britaniya variantı və yeni “ikiqat mutasiya”sı ilə izah olunur. Son dövrlərin kütləvi tədbirləri və səhiyyə qaydalarına əməl olunmaması da yoluxmaları sürətləndirib.

Bəzi ölkələr Hindistandan uçuşları dayandırıb. 1.3 milyard əhalisi olan Hindistan hazırda qlobal pandemiyanın episentri sayılır.

Ölkədə indiyədək rəsmi olaraq 15.9 milyon yoluxma və 185 minədək ölüm qeydə alınsa da, real rəqəmlərin daha yüksək olduğu güman edilir.

Hindistan alimləri “üçqat mutasiya" aşkarladıqlarını da bildirirlər.

Alimlər hələlik, bu ölkədəki yeni variantların nə dərəcədə yoluxucu, ölümcül, yaxud vaksinlərə davamlı olmasından əmin deyillər.

Amma istənilən halda bir çox alimlərin fikrincə, Hindistandakı yeni variantlar dünyanın digər yerlərində olduğu kimi yoluxmaları artırır. 

Aysel Məhərrəmova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir