Arxiv
23 Aprel 2021, 18:52 | AKTUAL
Qubada “Sadiq dost” açıldı

İnsanın ən yaxın dostu olan heyvanlara diqqət göstərən hər kəsə xüsusi hörmətim var. Heyvanları, o cümlədən itləri çox sevirəm. 1992-ci ildən-sərhədçiləri tanıyan gündən Vətənin keşiyində duran bu igidlərin yanında at və it görmüşəm. İnsanın ən yaxın köməkçiləri olan at və itləri... Özümdə kənddə böyüdüyümdən həmişə həyətimizdə it saxlamağımızı görmüşəm və itləri sevmişəm. İndi də bu heyvana çox böyük sevgim var.

 

Elə bu yazımda da Qubada itlərə olan diqqətdən danışacağam. Rayonda respublikanın bölgələri arasında ilk olaraq sahibsiz küçə itləri üçün sığınacaq təşkil edilib. Adətən, həmişə maraqlı və orijinal layihələrə imza atılan Qubada sahibsiz itlərə sahib çıxıldığını eşidəndə çox sevindim. ANS televiziyasında işləyəndə, yaxşı xatırlayıram, bir Quba sakini sahibsiz iti kəsmişdi. Dəhşətə gəldiyim bu faktı araşdırmaq üçün gecə saat 24-də Quba rayon polis şöbəsində həmin şəxsdən müsahibə də almışdım. Hərəkətinə haqq qazandırmağa çalışan "arzuolunmaz" müsahibim sonda iti kəsdiyini etiraf etmiş, peşmançılığını bildirib.

 

 

İndi isə-illər sonra Qubada "Faitful friend"- "Sadiq dost" adlanan heyvan sığınacağı istifadəyə verilib. Sığınacağın açılışında Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, İsrail dövlətinin missiya rəhbərinin müavini, Müvəqüəti İşlər Vəkili Doron Pe'er, Azərbaycan Heyvanların Mühafizəsi İctimai Birliyinin sədr müavini Fərid Mansurov, mətbuat nümayəndələri iştirak edib. "Sadiq dost"sığınacağının məramı və məqsədi barədə qonaqlara geniş məlumat verilib. İsrailli qonaq Doron Pe'er Azərbaycanın bölgəsində belə bir xoş məramlı heyvan yuvasının açılmasını çox təqdirəlayiq hal hesab edib, hətta təəccübləndi də. Heyvansevər insan olduğu dərhsl hiss edilən cənab Doron Pe'er belə bir sığınacaq üçün rayon rəhbəri Ziyəddin Əliyevə təşəkkür edib.

 

Quba rayon İH-nin başçısı Ziyəddin Əliyev həm qonaqlar, həm də mətbuat nümayəndələri üçün sığınacaqla bağlı ətraflı açıqlama verib. Bildirib ki, sahibsiz küçə itlərilə bağlı belə bir saxlanc yerinə ciddi ehtiyac vardı: "Rayonda sahibsiz küçə itləri çoxalmışdı, küçələrdə, xüsusən gecələr gəzmək insanlar üçün təhlükəli idi. Quba şəhər bələdiyyəsinin sədri Humay Məmmədova bu təklifi mənə verəndə, dərhal razılıq verdim. Qısa vaxt ərzində işə başlanıldı və görürsünüz, 20 baş sahibsiz it bu sığınacağa yerləşdirilib".

 

 

Rayon rəhbəri hər bir kəsi heyvanları qorumağa, sevməyə çağıraraq belə bir anons da verdi: "Tezliklə "Sadiq dost"sığınacağında sahibsiz atlara da sahib çıxılacaq."

 

Azərbaycan Heyvanların Mühafizəsi İctimai Birliyinin sədr müavini Fərid Mansurov jurnalistlərə açıqlamasında Qubada sahibsiz heyvanların  sığınacağının açılmasını çox yüksək dəyərləndirib və Qubanın bu təcrübəsinin bütün rayonlarda yayılaraq həyata keçirilməsini məqsədəuyğun sayıb.

 

Açılış mərasimində qonaqlara və media işçilərinə baytarların sahibsiz itləri müayinə etmələri də nümayiş olundu. İsrailli qonaq Doron Pe'erin bu görüntüləri maraqla izlədiyi diqqətimizdən yayınmadı. Məlumat üçün bildirək ki, sığınacaqdakı itlər müayinə olunub və bir neçəsi əməliyyat da olunacaq.

 

 

Sahibsiz itlər sözünü yazıda bir neçə dəfə işlətdim. Amma daha bu heyvanlar sahibsiz deyil. Rəsmi qurum-Quba İH bu küçə itlərinə sahib çıxdı. Bu sığınacaqda onların sağlamlığı, istirahəti, bir sözlə, həyatda qalmaları üçün hər cür şərait var. Bir heyvansevər insan kimi bu nəcib aksiyanı alqışlayır, təşkilatçılara təşəkkür edirəm. Arzum budur ki, Allahın yaratdığı dili-ağzı olmayan bu sahibsiz heyvanlara diğər rayonlarda da sahib çıxılsın, diqqət göstərilsin. Unutmayaq ki, sahibsiz küçə itləri insanlar üçün real təhlükə mənbəyidir. Quduzluğun artmasına səbəb olan, insan sağlamlığına ciddi zərər vuran sahibsiz küçə heyvanlarına qucaq açmaq doğrudan da çox savab işdir. Özü də mübarək Ramazan ayında!

 

 

Aytəkin ALXASLI - Quba

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Köçəryan Paşinyanı məhkəməyə verdi -  4 min dollar təzminat 6 May 2021, 16:10 Paşinyan-Lavrov görüşü başladı – FOTO 6 May 2021, 16:05 Koçaryanın seçki blokunun tərkibi AÇIQLANDI 6 May 2021, 16:02 Qonşu ölkədə daha 338 nəfər koronavirusdan öldü 6 May 2021, 15:50 Müğənni Elçin Hüseynov 4 aya  32 kq arıqladı - FOTO 6 May 2021, 15:45 Lavrov Bakıda Şəhidlər Xiyabanını ziyarət etməlidir 6 May 2021, 15:39 Kamran Əliyev 100 gənc hüquqşunasa xidməti vəsiqə verdi 6 May 2021, 15:35 UNEC-də ulu öndərin 98-ci ildönümünə həsr olunan konfrans keçirilib   6 May 2021, 15:30 Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırıldı 6 May 2021, 15:25 Məğlub ölkədə Qələbə günü:  Almaniyada 9 May necə keçirilir… 6 May 2021, 15:19 Prezident Kazım Qurbanovu təltif etdi 6 May 2021, 15:18 Fermerlərə 121 milyon manatdan çox subsidiya ödənilib 6 May 2021, 15:12 Şuşa şəhərinə çəkilən ikinci yolda işlər sürətləndirilib - RƏSMİ 6 May 2021, 15:06 Ankaradan Latviyanın “soyqırımı” qərarına sərt REAKSİYA 6 May 2021, 15:00 Kişiləri döyən qadınlar... 6 May 2021, 14:54 “Maskadan düzgün istifadə etməmək, maska taxmamağa bərabərdir” 6 May 2021, 14:49 ANAMA yeni minatəmizləmə texnikaları almağı planlaşdırır 6 May 2021, 14:45 Prezident sərəncam İMZALADI 6 May 2021, 14:40 Ermənistanda məğlubiyyətə görə 628 nəfər istintaqa cəlb edildi 6 May 2021, 14:34 Vətən Müharibəsi qəhrəmanlarının mənzilləri tarixi abidə sayılacaq 6 May 2021, 14:28 1873 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub 6 May 2021, 14:22 “Dövlət sərhədi haqqında” qanuna dəyişiklik edilir 6 May 2021, 14:16 Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib - VİDEO 6 May 2021, 14:10 Vətən Müharibəsi qəhrəmanlarının adları əbədiləşdiriləcək 6 May 2021, 14:06 Fermerlər zərərvericilərə görə SMS alacaqlar 6 May 2021, 14:00 Vətən Müharibəsi Qəhrəmanlarının dəfni ilə bağlı qayda müəyyən edilir 6 May 2021, 13:57 Bu şəxslər dəfn edilərkən hərbi ehtiram göstəriləcək 6 May 2021, 13:52 Dövlət Xidmətinin 37 yaşlı yeni rəis kimdir? - TƏRCÜMEYİ-HAL 6 May 2021, 13:46 Daha bir ölkə “erməni soyqırımı”nı tanıdı 6 May 2021, 13:41 İstanbulda yaşayış binası çökdü - VİDEO 6 May 2021, 13:35 İcra başçısı Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR 6 May 2021, 13:30 Hindistanda koronavirus dəhşəti: İnsan cəsədləri küçələrdə yandırılır - FOTOLAR 6 May 2021, 13:27 Əmlak Məsələləri Dövlət Xidmətinin yeni rəisi kimdir? - DOSYE 6 May 2021, 13:21 Onlayn Apellyasiya komissiyası fəaliyyətə başlayacaq 6 May 2021, 13:15 Mətin Eynullayev Dövlət Xidmətinin rəisi təyin edildi  6 May 2021, 13:10