Modern.az

Təhsil Nazirliyindən 1-ci sinfə qəbulla bağlı AÇIQLAMA

Təhsil Nazirliyindən 1-ci sinfə qəbulla bağlı AÇIQLAMA

Təhsil

26 Aprel 2021, 14:16

Sabahdan birinci siniflərə qəbul başlayır.

Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin bu gün keçirilən brifinqində nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov məlumat verib. Onun sözlərinə görə, sabah birinci siniflərə qəbul üçün onlayn qeydiyyata start verilir.


O.Abbasov onu da qeyd edib ki, aprelin 29-dan Azərbaycan bölməsi üzrə məktəb seçimləri, rus bölməsi üçün müsahibəyə yazılma prosesinə start veriləcək: 

“Bir neçə ildir I sinfə qəbul mektebeqebul.edu.gov.az portalı vasitəsilə həyata keçirilir. Sistem baxımından tam hazırlıq işləri yekunlaşdırılıb. Bakı şəhəri üzrə Təhsil İdarəsi və digər bölgələr üzrə Təhsil idarələrində də müvafiq işlər görülüb, eyni zamanda alternativ qeydiyyat mərkəzləri də hazır vəziyyətə gətirilib”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü