Modern.az

Ermənistan “əsir kampaniyası”nı gücləndirib - Qərbin Azərbaycana təzyiqi artır - ŞƏRH

Ermənistan “əsir kampaniyası”nı gücləndirib - Qərbin Azərbaycana təzyiqi artır - ŞƏRH

Qarabağ

28 Aprel 2021, 15:16

“Biz haqlı olaraq 10 noyabrdan sonra ələ keçirdiyimiz erməni silahlılarını əsir hesab etmirik. Həmin Ermənistan vətəndaşları 10 noyabrdan sonra Azərbaycana göndərilib və hərbçilərimizə atəş açıblar. Ona görə biz onları terrorçu hesab edirik. 10 noyabra qədər bütün əsirlər təhvil verilib. Ancaq Ermənistan hakimiyyəti xaricdəki havadarları vasitəsilə aylardır Azərbaycana qarşı “əsir kampaniyası” təşkil ediblər və açıq etiraf etmək lazımdır ki, Qərbin müxtəlif mərkəzlərində dəstək görürlər”.

Modern.az-ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu Ermənistan tərəfinin büynəlxalq alım qarşısında qaldırdığı “səs-küyü” şərh edərkən deyib.

Onun sözlərinə görə, ermənilər “əsir” mövzusundan Azərbaycana qarşı siyasi təzyiq alət kimi istifadə edirlər:

“Fransa və ABŞ-dakı ermənipərəst dairələrin “əsir” mövzusunu qanunverici orqanlara çıxarması da istisna deyil, artıq “təşəbbüs qrupları” formalaşıb.
Azərbaycan haqlıdır, ancaq Ermənistan + erməni lobbisi + Qərbdəki mərkəzlər bizi haqsız duruma sürükləmək istəyirlər. Ona görə də bizim nəzarətimizdə olan erməni terrorçuları barədə konsepsiyamız olmalıdır. Elə olmasın ki, təzyiq artdıqca biz onları sərbəst buraxmaq barədə qərar vermək məcburiyyətində qalaq”.


Elxan Şahinoğlu deyir ki, erməni separatçıları illərlə iki Azərbaycan vətəndaşını (Dilqəm Əsgərov, Şahbaz Quliyev-red.) həbsxanada saxladı, günahları o idi ki, işğal altındakı ərazidə qohumlarının məzarını ziyarət etməyə getmişdilər.

“Biz vətəndaşlarımızı azad etmək üçün Qərbin heç bir siyasi mərkəzindən və ya beynəlxalq təşkilatdan dəstək ala bilmədik. Ancaq indi həmin mərkəzlər və beynəlxalq təşkilatlar erməni terrorçuları məsələsində bizə təzyiqi artırıblar. Ona görə həmin terrorçular üzərində məhkəmə işini sürətləndirməliyik. Ya da onların bir qisminin sərbəst buraxılmasını şərtlərimizin yerinə yetirilməsiylə əlaqələndirməliyik. Bütün hallarda bu terrorçularla bağlı nə edəcəyimizi dəqiq müəyyənləşdirməliyik. Digər tərəfdən, təzyiq qarşısında hücum diplomatiyasını gücləndirməliyik. Azərbaycanın Ombudsmanının da fəallığını artırmasına ehtiyac var”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq