Modern.az

Azərbaycanda yoluxma yenidən ARTDI

Azərbaycanda yoluxma yenidən ARTDI

Hadisə

28 Aprel 2021, 16:56

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1402 yeni yoluxma faktı qeydə alınıb, 2238 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 316521 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 285024 nəfər müalicə olunaraq sağalıb, 4461 nəfər vəfat edib, aktiv xəstə sayı 27036 nəfərdir.

 

Ölkədə son sutka ərzində 11194, hazırkı dövrədək isə 3218111 test aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar