Arxiv
1 May 2021, 11:46 | MƏDƏNİYYƏT
Xankəndinin sonuncu 1 May “təntənəsi”

1 may 1988-ci il... Xankəndi şəhərində Azərbaycanın bayrağı (o dövrdə Azərbaycan SSR) sonuncu dəfə məhz bu tarixdə dalğalanıb, özü də nümayişə çıxan minlərlə erməninin qarşısında…


Yaxın tariximizdən məlum olduğu kimi, sovet ənənələrinə görə hər il 1 may tarixində SSRİ-də bütün rayon və şəhərlərdə 1 May zəhmətkeşlərin beynəlxalq həmrəyliyi günü münasibətilə bayram nümayişləri keçirilib. Bu nümayişlərdə ayrı-ayrı təşkilatlar, zavod və fabrik kollektivləri, təhsil və səhiyyə ocaqları kollektiv şəkildə əllərində şüarlar, bayraqlar meydandan keçərək tribunada dayanan yerli partiya və hökumət rəsmilərini salamlayıblar.


O cümlədən Xankəndi şəhərində də bayram nümayişləri həmişə tələb olunan səviyyədə keçirilib. 1988-ci ildə isə bayram nümayişinin keçirilməsinə fərqli bir “tələb” qoyulmuşdu. Erməni dilini az-çox bildiyimdən, eşitdiklərimdən mənə məlum idi ki, bayram nümayişindən sonra şəhərin baş meydanında ermənilər böyük mitinq keçirəcəklər. Tələbləri isə məlum idi, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi. Belə mitinqlər artıq fevralın 13-dən başlamışdı. Mayın 1-də isə mitinqin daha kütləvi keçirilməsi nəzərdə tutulurdu. Və bu göstəriş Dağlıq Qarabağ Muxtar Vilayətinə iki ay əvvəl 1-ci katib təyin edilmiş Henrix Poqosyan tərəfindən verilmişdi.


Əvvəlcə 1 May nümayişinin keçirilməsi ilə bağlı kiçik bir xatırlatma verim. Adətən nümayiş günü artıq səhər saat 8-9 radələrində kollektivlər öz iş yerlərində toplaşırdılar. Hər təşkilatın nümayişlər üçün daimi saxladıqları şüarlar, bayraqlar olurdu. Onlar həmin şüar və bayraqları götürüb kollektiv şəkildə Xankəndinin baş meydanının Tumanyan küçəsi tərəfindən olan girişinə tərəf üz tuturdular. Meydana keçəndə hər bir kollektivin sıraları düzlənirdi, şüarlar və bayraqlar qaldırılırdı və şəhər rəhbərliyinin (həmçinin Dağlıq Qarabağ Muxtar Vilayəti rəhbərliyinin) dayandığı tribunanın qarşısında qarşılıqlı əl etmə və bayram salamlaşması olurdu.


Təbii ki, hər il olduğu kimi, nümayişdə Xankəndi Pedaqoji İnstitutunun çoxsaylı tələbə və müəllim heyəti də iştirak edirdi. Mən də həmin gün institutun tələbəsi kimi (məzunu ola bilmədiyim tələbəsi kimi) səhər saat 8-də institutda idim. İnstitutun qarşısında kifayət qədər böyük sayda müəllim və tələbələr toplaşmışdı. Qeyd edim ki, institutun Azərbaycan bölməsində oxuyanların, demək olar ki, (10-15 nəfəri çıxmaq şərtilə) hamısı ətraf rayonlardan gələn tələbələr idi. Həmin gün isə nümayişdə iştirak edəcək azərbaycanlı tələbələrin sayı 50-60 nəfərdən çox deyildi. Amma azərbaycanlı müəllimlərin əksəriyyəti orada idi. İnstitutun nümayişdən keçid qaydası isə belə idi: qarşıda birinci SSRİ-nin bayrağı tək, onun arxasınca isə müttəfiq respublikaların bayraqlarını qaldıran tələbələr keçir, onların arxasınca isə tələbə və müəllimlər addımlayırlar. Mən instituta çatanda bayraqlar artıq çöldə idi. Təkcə Azərbaycanın bayrağı yox idi. Elə həmin andaca Nəsib müəllim (Şəfiyev) yaxınlaşıb çox həyəcanlı şəkildə institutun binasından gedib bayrağımızı götümək üçün məni tələsdirdi. Vəziyyətin yetərincə gərgin olduğu hiss olunurdu. Mən bayrağı götürüb meydana tərəf üz tutmağa başlayan kollektivə qoşuldum. İnstitutdan meydana qədər olan məsafəni qət etmək üçün təxminən 20-25 dəqiqə vaxt tələb olunurdu. Mən bu müddət ərzində müttəfiq respublikaların bayraqlarını aparan tələbələrin arasında idim və onların hamısı erməni tələbələri idi. Yolboyu ermənilər mənim eşidəcəyim qədər planlarını açıqlayırdılar. Ermənilərin planı belə idi ki, meydana daxil olanda bütün bayraqlar aşağı salınmalıdır, yalnız Ermənistanın bayrağı qaldırılmalıdır. Və həm də açıq şəkildə bu tələbə əməl edilmədiyi halda fiziki təzyiqə məruz qalacağım da bəyan edilirdi. Bu hədələr təbii ki, məndə qorxu və həyəcan yaradırdı. Amma mənim üçün ən qorxulusu ermənilərin bayrağımıza əl ataraq cırmaq qorxusu idi. Ermənistanın bayrağını aparan düz yanımca gedirdi, tarix fakültəsinin tələbəsi Yura idi. Boyu məndən kiçik idi. Meydana daxil olanda ayaq pəncələrimi də qaldırıb bayrağı mümkün olan qədər yuxarı qaldırdım. Böyür-başımdan üstümə söyüşlər, təhqirlər, hədələr tökülürdü. Arxadan gələn, az sayda olsa da azərbaycanlı müəllim və tələbələrə güvənirdim. Elə bu məqamda Mirələm müəllimin (M.Vəliyev hazırda BDU-da şalışır) səsini eşidirdim: “Qorxma, bayrağı endirmə, arxanca gəlirik!”. Tribuna qarşısından keçəndə ən hündürdə dalğalanan Azərbaycanın bayrağı idi. Və tribunanın qarşısından keçəndə riyaziyyat fakültəsinin dekan müavini Nəsib Şəfiyev arxa tərəfdən çiyinlərimdən tutub məni ermənilərin zərbələrindən müdafiə edirdi. Bilirdim ki, meydandan çıxandan sonra dava düşəcək. Bunu azərbaycanlı tələbələr də hiss edirdilər. Keçid başa çatdıqdan sonra onlar məni mühasirəyə aldılar ki, bayrağımızı çırmasınlar, mən bu mühasirənin içində Kirov prospekti ilə deyil, stadionun arxa tərəfindən keçən torpaq yolla instututa tərəf üz tutdum, Azərbaycanın bayrağını institutun idman zalındakı geyinib-soyunma otağında olan şkafıma qoydum. Həmin bayraq Xankəndində sonuncu dəfə dalğalanan Azərbaycan bayrağı idi...

İlham Cəmiloğlu
[email protected]

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İspaniya millisi Polşa səddini keçə bilmədi 20 İyun 2021, 00:58 Şəmkir sakini özünü asdı 20 İyun 2021, 00:51 Gürcüstanda zəlzələ oldu 20 İyun 2021, 00:34 "Qalatasaray"a yeni prezident seçildi 20 İyun 2021, 00:30 Dağıstandan Bakıya aviareyslər açılır 20 İyun 2021, 00:14 Bu gün Bakıda avtobuslar İŞLƏYƏCƏK 20 İyun 2021, 00:01 Britaniyada yoluxma sürətləndi 19 İyun 2021, 23:50 Xəzərdə batmaqda olan 3 nəfər xilas edildi 19 İyun 2021, 23:36 İstanbulda fabrikdə güclü yanğın - VİDEO 19 İyun 2021, 23:25 Qazaxda yol qəzası 19 İyun 2021, 23:11 Cəlilabadda meşədə yanğın - FOTO 19 İyun 2021, 22:59 Samuxda gənc müəllim intihar etdi 19 İyun 2021, 22:45 "4 ildir gözlədiyimiz turnirlə erkən vidalaşmaq istəmirik" - Şenol Günəş 19 İyun 2021, 22:37 4 uşaq anası “Mən özümü Kürə atacam” yazıb intihar etdi 19 İyun 2021, 22:22 Oğuzda yol qəzası - xəsarət alan var 19 İyun 2021, 22:08 Ronaldolu Portuqaliya Almaniyaya uduzdu 19 İyun 2021, 21:53 Türkiyədə virusdan gündəlik ölənlərin sayı azaldı 19 İyun 2021, 21:47 Naftalanda sanatoriyada istirahət edən kişi qəflətən öldü 19 İyun 2021, 21:33 "Barselona" yeni hücumçu aldı 19 İyun 2021, 21:24 Finalda erməniyə qalib gələn güləşçimiz Avropa çempionu oldu - FOTO 19 İyun 2021, 21:11 Ermənistanda seçicilərə rüşvət verən deputatlığa namizəd saxlanıldı 19 İyun 2021, 20:58 Kürdə gənc qadın batdı 19 İyun 2021, 20:43 Putin Şoyqu və Lavrovu deputat görmək istəyir 19 İyun 2021, 20:28 Macarıstan millisi dünya çempionu ilə heç-heçə etdi 19 İyun 2021, 20:15 Rəsmi Bakıdan Ermənistana CAVAB 19 İyun 2021, 20:07 İstanbulda zəlzələ olub 19 İyun 2021, 18:39 Prezident TƏSDİQLƏDİ – Sosial sığorta şəhadətnaməsi ləv olunur 19 İyun 2021, 18:17 İlham Əliyev İranın yeni seçilmiş prezidentini təbrik edib 19 İyun 2021, 17:57 Ermənistanın Azərbaycana qarşı mina şantajı – Partiya sədrindən REAKSİYA 19 İyun 2021, 17:44 Şuşa Bəyannaməsi ölkəmizdəki siyasi birliyi daha da möhkəmləndirəcək 19 İyun 2021, 17:31 Bir gündə 40 min çox peyvənd VURULDU 19 İyun 2021, 17:23 Yoluxma sayı bu gün də azaldı: ölən yoxdur 19 İyun 2021, 17:19 İranda seçkilərin rəsmi nəticələri elan olundu – Rəisi prezidentdir 19 İyun 2021, 17:15 Ermənilərin seçimi kim olacaq: Paşinyan yoxsa Koçaryan? - ŞƏRH 19 İyun 2021, 17:07 Putin ən çox etibar etdiyi 5 partiyadaşının adını SADALADI 19 İyun 2021, 16:39
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?