Arxiv
3 May 2021, 10:32 | HADİSƏ
Lerikdəki dəhşətli qətllə bağlı rəsmi məlumat - Molla qadının başını niyə kəsib...

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri Lerikdə qadının qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

 

Modern.az-a verilən birgə məlumatda bildirilir ki, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Lerik rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

 

Xəbər verildiyi kimi, aprelin 28-də saat 16 radələrində Lerik rayonunun Barzavu kənd sakini 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızının yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

İstintaqla cinayətin mərhumun həmkəndlisi 1972-ci il təvəllüdlü Əsgərov Murad Gülbaba oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Murad Əsgərov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmiş, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf etmiş, hadisə yerində ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı cinayətin törədilmə mexanizmini əyani olaraq göstərib.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Qeyd edək ki, Murad Əsgərov Barzavu kəndində mollalıq edirmiş. O, Zəkifə Fərziyevaya təcavüz etməyə çalışıb, bu istəyinə nail ola bilmədiyinə görə dəhşətli qətli törədib.

Hadisə baş verən gün qadın evdə tək olub. Bundan istifadə edən Murad Əsgərov ona təcavüz etmək istəyib.

Z. Fərzəliyeva 3 uşaq anasıdır, bir oğlu cəbhə bölgsində həqiqi hərbi xidmətdədir, bir oğlu isə Bakıda işləyir. Qadının bir oğlu isə yanında qalırmış. Z.Fərzəliyevanın həyat yoldaşı isə mövsümi işlə bağlı Rusiyada işləməyə gedib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kanada mətbuatında Qarabağdan bəhs edildi   16 May 2021, 16:30 Ermənistan Zəngəzura Çini də gətirmək istəyir? - TƏHLİL 16 May 2021, 16:25 Məşhur şirkətin satış təmsilçisinə cinayət işi açıldı 16 May 2021, 16:20 Paşinyan Azərbaycana qarşı Qazaxıstandan DƏSTƏK İSTƏDİ 16 May 2021, 16:16 Şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb - FOTO 16 May 2021, 16:11 Emmanuel erməni Emma Makronyanın oğludur… 16 May 2021, 16:06 Ermənistanın birinici prezidenti parlament seçkilərində iştirak edə bilər 16 May 2021, 16:00 Azərbaycanda gənc prokuror vəfat etdi 16 May 2021, 15:54 Mədəniyyət paytaxtımız Şuşada "Xarıbülbül" musiqi festivalı 16 May 2021, 15:48 Müharibədən sonra 21 mindən çox insana sosial dəstək göstərilib 16 May 2021, 15:42 SOCAR Ukraynada yanacaq satışını DAYANDIRDI 16 May 2021, 15:36 7 marşrut üzrə avtobuslar kart sisteminə keçir - SİYAHI 16 May 2021, 15:30 Ermənistanla Azərbaycan arasında “sərhəd danışıqları” aparılır - YENİLƏNİB 16 May 2021, 15:28 Apreldə 5 mindən çox yeni abonent qeydə alınıb 16 May 2021, 15:24 İsrailə bütün beynəlxalq uçuşlar dayandırıldı 16 May 2021, 15:18 Makronun erməni sevgisinin arxasında nələr dayanır...                                   16 May 2021, 15:12 Niderlandda yaşayan soydaşlarımızdan humanist addım    16 May 2021, 15:06 Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə - FOTO 16 May 2021, 15:00 Tanınmış jurnalist vəfat etdi 16 May 2021, 14:54 Suqovuşan yaxınlığında ASALA-nın anbarı aşkarlandı - FOTO 16 May 2021, 14:48 Qəzza sektorunda ölənlərin sayı 200-ü KEÇDİ 16 May 2021, 14:42 XTQ gizirinin Nigara etdiyi evlilik təklifinin VİDEOSU 16 May 2021, 14:37 Şahbaz Xuduoğlunun velosipedi oğurlandı 16 May 2021, 14:32 Qarabağda döyüşən livanlı terrorçunun məhkəməsi başladı 16 May 2021, 14:26 Məmur olmaq istəyənlər imtahan verdilər 16 May 2021, 14:20 Türkiyəyə göndərilən daha 5 qazimiz Vətənə dönüb 16 May 2021, 14:14 Paşinyanın atası türkdür? - Azərbaycanlı siyasətçidən AÇIQLAMA 16 May 2021, 14:08 Azərbaycanın əsas ticarət TƏRƏFDAŞLARI - SİYAHI 16 May 2021, 14:04 Milli Məclis sədrinin İtaliyaya səfər proqramı AÇIQLANDI 16 May 2021, 14:00 “Ordumuzun təlimləri Ermənistana əzələ nümayişidir” - Hərbi ekspert 16 May 2021, 13:54 Azərbaycanda ÜDM azalıb 16 May 2021, 13:48 Şəhid zabitin dəfnindən FOTOLAR 16 May 2021, 13:42 Naxçıvan Qarnizonu döyüş tapşırıqlarını icra etmək üçün təyinat rayonlarına çıxarılır 16 May 2021, 13:36 “Allah hər kəsə Şuşa ziyarəti qismət etsin!” - Şuşadan qayıdan SƏNƏTÇİLƏR 16 May 2021, 13:30 Azərbaycan Ordusuna həyəcan siqnalı verildi - VİDEO 16 May 2021, 13:24