Modern.az

Parlament Paşinyanı qəsdən baş nazir SEÇMƏDİ

Parlament Paşinyanı qəsdən baş nazir SEÇMƏDİ

3 May 2021, 15:29

Ermənistan parlamenti Nikol Paşinyanı baş nazir seçməyib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, öncədən əldə olunmuş razılığa əsasən, iqtidardakı “Mənim addımım” bloku və müxalifət fraksiyaları onun baş nazir təsdiq olunmasını dəstəkləməyib.

Bu addım iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün atılıb. Belə ki, Konstitusiyaya görə, baş nazir istefa verdikdən sonra parlament 3 dəfə baş nazir seçə bilməsə, seçici orqan buraxılır və yeni seçkilər keçirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir