Modern.az

1873 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub

1873 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub

Aktual

6 May 2021, 14:22

“2008-2020-ci illər ərzində (01 oktyabr 2020-ci ilədək ) 1830 nəfər (övladları ilə birlikdə 1873 nəfər) vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan vətəndaşlığına qəbul olunub”.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov məlumat verib.

 

O qeyd edib ki, bununla belə, bu müddət ərzində 162 min 308 şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınıb və onlar müvafiq dövlət qurumu tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır