Arxiv
6 May 2021, 15:06 | AKTUAL
Şuşa şəhərinə çəkilən ikinci yolda işlər sürətləndirilib - RƏSMİ

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi davam etdirilir.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat katibi Anar Nəcəfli deyib.

 

O bildirib ki, Prezident İlham Əliyevin yanvarın 14-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan və Füzuli rayonundan başlayaraq Şuşa şəhərinə qədər uzanan I texniki dərəcəli magistral avtomobil yolunun tikintisi davam etdirilir: "Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 86 km təşkil edəcək. İnşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 6 km olacaq. Bundan başqa yeni trassa üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur.

 

Yeni Füzuli-Şuşa avtomobil yolu 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir. Yolun ilk 48 km-i 6, 48-84.6 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək.

 

Bundan başqa Füzuli-Şuşa avtomobil yolu inşasına start verilən yeni Füzuli Hava Limanı yaxınlığından keçir. Bu səbəbdən magistral yolu hava limanı ilə əlaqələndirmək məqsədi ilə 27-ci km-də yol qovşağının və aerovağzala giriş yolunun inşası da layihə üzrə aparılır".

 

Anar Nəcəfli bildirib ki, yeni Füzuli-Şuşa avtomobil yolunun inşası 4 hissə üzrə aparılır. Bu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iki tabeli təşkilatı tərəfindən tikintisi aparılan 0-17 və 17-34-cü km-lik hissələri, subpodratçı şirkət olaraq “AZVİRT” MMC-in inşa etdiyi 34-51-ci km-lik hissə və Türkiyənin “Kolin İnşaat” şirkəti tərəfindən inşası aparılan 51-84.6 km-lik hissəsidir.

 

Hazırda yolun 14 km-lik hissələrində torpaq yatağının inşası işləri yekunlaşdırılıb və növbəti hissələrdə bu istiqamətdə işlər davam etdirilir. Başlanğıcını M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçən yeni Füzuli-Şuşa magistral avtomobil yolunun inşasının 2024-cü il ərzində tamamlanması nəzərdə tutulur.

 

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistanda burulğan öncəsi “sükut” – Paşinyan “Qarabağ klanı” ilə həlledici DÖYÜŞƏ ÇIXIR 19 İyun 2021, 12:57 Daha 2 qazi yüksək texnologiyalı protezlərlə təmin edib - FOTO 19 İyun 2021, 12:42 Avtomobil bazarında son vəziyyət necədir? 19 İyun 2021, 12:40 Əli Əsədov Füzuli, Laçın və Zəngilan aeroportları ilə bağlı QƏRAR VERDİ 19 İyun 2021, 12:34 Ceyhun Bayramov Antalyadan dünyaya SƏSLƏNDİ: “Qarabağ münaqişəsi başa çatıb” 19 İyun 2021, 12:16 Sabah Azərbaycanda 40 dərəcə isti olacaq 19 İyun 2021, 11:47 Azərbaycanada 1 tondan artıq hind quşu dərisi yararsız çıxıb 19 İyun 2021, 11:45 Azərbaycanda benzin istehsalı azalıb 19 İyun 2021, 11:27 Tarixdə şəxsiyyətlərin rolu və qısqanclıq sindromu 19 İyun 2021, 11:15 İcra başçısı abadlıq işləri ilə yerində tanış oldu 19 İyun 2021, 11:06 İranda prezident seçkilərinin ilkin nəticələri… 19 İyun 2021, 10:59 Bakı Təhsil İdarəsinin yeni sektor müdirləri - Adlar 19 İyun 2021, 10:46 Azərbaycan neftinin qiymətləri dəyişib 19 İyun 2021, 10:44 Şuşada 7 tondan artıq çətənə kolu məhv edilib  19 İyun 2021, 10:38 AMEA-da 6 yeni TƏYİNAT 19 İyun 2021, 10:36 Şirvanda tanışını qətlə yetirən şəxs tutulub 19 İyun 2021, 10:23 "Danışa bilmir" deyilən Əkrəm Əylislidən AÇIQLAMA 19 İyun 2021, 10:10 Azərbaycan-Türkiyə: Xarüqələr yaradan birlik 19 İyun 2021, 10:05 “Əlçatan metro” xidməti - Kim, necə İSTİFADƏ EDİR 19 İyun 2021, 10:03 Rusiya Azərbaycana aviareyslərin sayını artıracaq 19 İyun 2021, 09:50 Azərbaycanın ən çox mal satdığı ölkələr - STATİSTİKA 19 İyun 2021, 09:37 İranın yeni prezidenti MƏLUM OLDU 19 İyun 2021, 09:35 Mübariz İbrahimovun şəhadətindən 11 il ötür - TARİX 19 İyun 2021, 09:25 Rusiyada təyyarə qəzası: 7 ölü, 13 yaralı 19 İyun 2021, 09:14 Ceyhun Bayramov İraqın xarici işlər naziri ilə görüşüb 19 İyun 2021, 08:44 İngiltərə Şotlandiya ilə bacarmadı 19 İyun 2021, 00:59 Bakıda uşağı elektrik cərəyanı vurdu 19 İyun 2021, 00:44 Ceyhun Bayramov Qaqauziyanın rəhbəri ilə görüşdü 19 İyun 2021, 00:31 UEFA-nın tövsiyəsi fitə basıldı 19 İyun 2021, 00:15 Bu gün Bakıda avtobuslar işləməyəcək 19 İyun 2021, 00:01 Türkiyənin gəmi əleyhinə raketi sınaqdan keçirildi - VİDEO 18 İyun 2021, 23:48 Kürdə batmaqda olan şəxs xilas edildi 18 İyun 2021, 23:33 Xırdalanda 7 yaşlı uşağı maşın vurdu 18 İyun 2021, 23:17 Buraxılış imtahanlarının nəticələri açıqlandı 18 İyun 2021, 23:05 Türkiyədə koronavirusu saniyələr içində aşkarlayan cihaz hazırlandı 18 İyun 2021, 22:52
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?