Arxiv
6 May 2021, 15:30 | AKTUAL
UNEC-də ulu öndərin 98-ci ildönümünə həsr olunan konfrans keçirilib  

 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Heydər Əliyev və Azərbaycanda iqtisadi islahatlar: nəticələr və perspektivlər” mövzusunda Respublika elmi-praktiki konfransı keçirilib.

 

Konfransda UNEC-in rektoru, professor Ədalət Muradov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin Tahir Mirkişili, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri  Sadiq Qurbanov və universitetin professor-müəllim heyəti iştirak edib.

 

Rektor, professor Ədalət Muradov konfransda ulu öndərin Azərbaycanda həyata keçirdiyi iqtisadi islahatar, bu islahatlar nəticəsində ölkənin əldə etdiyi uğurlar və gələcək imkanları barədə məruzələrin dinləniləcəyini və müzakirələrin aparılacağını deyib. Konfransa 100-ə yaxın məqalənin təqdim edildiyini diqqətə çatdırıb.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin Tahir Mirkişili Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışıb. Komitə sədri Azərbaycanın uğurlu inkişafının məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində təmin edildiyinibildirib: “Məhz Azərbaycan dövlətinin möhkəm təməllər üzərində qurulmasının nəticəsidir ki, müxtəlif vaxtlarda dünyada baş verən böhranlardan Azərbaycan uğurla çıxa bilib. Ulu öndərin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan dünya dövlətləri arasında özünəməxsus layiqli yerini tutdu, demokratiya, siyasi sabitlik və tərəqqi müstəqil Azərbaycanı xarakterizə edən mühüm amilə çevrildi”. T.Mirkişili ulu öndərin müəyyənləşdirdiyi, konseptual əsaslarını yaratdığı xarici və daxili siyasət kursunun bu gün Prezident İlham Əlyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

 

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Quliyev ümummilli lider Heydər Əliyevin siyasi fəlsəfəsinin tarixi köklərindən və islahatlar konsepsiyasının hüquqi əsaslarından söz açıb. Heydər Əliyevin siyasi fəlsəfəsinin kökündə xalqımızın tarixinin qan yaddaşının olduğunu, dahi şəxsiyyətin özünəqədərki tarixi hadisələri və şəxsiyyətləri araşdırdığını və tarixi sərkərdələrin siyası baxışlarından bəhrələndiyini deyib. Memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimizin ulu öndərin Azərbaycan xalqına ən böyük töhfəsi olduğunu deyən komitə sədri, bu zəngin mirasın ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasət nəticəsində sürətlə inkişaf etdiyini vurğulayıb.

 

UNEC-in rektoru, professor Ədalət Muradov hər bir xalqın gücünün onun iqtisadi potensialından asılı olduğunu bildirərək, Azərbaycanın iqtisadi potensialının güclənməsinin məhz Heydər Əliyev strategiyasının reallaşdırılması nəticəsində mümkün olduğunu deyib. Ümummilli liderin bizə miras qoyub getdiyi zəngin irsinin tədqiq edilməsinin vacibliyinə diqqət çəkən rektor, bu istiqamətdə UNEC alimlərinin qarşısında mühüm vəzifələr durduğunu qeyd edib. Rektor ulu öndərin anadan olmasının 98-ci ildönümünün müstəqilliyimizin 30 illiyinə təsadüf etdiyini, bu əlamətdar günün Qarabağda, bütövləşən Azərbaycanda qeyd edilməsini əlamətdar hadisə adlandırıb: “Ulu öndər ölkəmizin müstəqilliyini və suverenliyini qoruyaraq bizə ötürdü. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız ərazi bötüvlüyünü bərpa etdi və dünyaya göstərdi ki, müqəddəs saydığımız torpaqlarımız üçün hər zaman canımızı qurban verməyə hazırıq”. Rektor UNEC-də müstəqilliyimizin 30 illiyi ilə bağlı müxtəlif sahələr üzrə tədqiqatların aparılcağını, alimlərin məqalələrinin, tədqiqatlarının dünya elm ictimaiyyətində ciddi marağa səbəb olacağından əminliyini ifadə edib.

 

Sonra UNEC-in kafedra müdiri, professor Məhiş Əhmədov “Ulu öndər Heydər Əliyev Azərbaycanda milli iqtisadiyyatın formalaşması və inkişafı konsepsiyasının banisidir” mövzusunda çıxış edib.

 

Konfrans öz işini 6 bölmə iclasında davam etdirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əli Əsədov Füzuli, Laçın və Zəngilan aeroportları ilə bağlı QƏRAR VERDİ 19 İyun 2021, 12:34 Ceyhun Bayramov Antalyadan dünyaya SƏSLƏNDİ: “Qarabağ münaqişəsi başa çatıb” 19 İyun 2021, 12:16 Sabah Azərbaycanda 40 dərəcə isti olacaq 19 İyun 2021, 11:47 Azərbaycanada 1 tondan artıq hind quşu dərisi yararsız çıxıb 19 İyun 2021, 11:45 Azərbaycanda benzin istehsalı azalıb 19 İyun 2021, 11:27 Tarixdə şəxsiyyətlərin rolu və qısqanclıq sindromu 19 İyun 2021, 11:15 İcra başçısı abadlıq işləri ilə yerində tanış oldu 19 İyun 2021, 11:06 İranda prezident seçkilərinin ilkin nəticələri… 19 İyun 2021, 10:59 Bakı Təhsil İdarəsinin yeni sektor müdirləri - Adlar 19 İyun 2021, 10:46 Azərbaycan neftinin qiymətləri dəyişib 19 İyun 2021, 10:44 Şuşada 7 tondan artıq çətənə kolu məhv edilib  19 İyun 2021, 10:38 AMEA-da 6 yeni TƏYİNAT 19 İyun 2021, 10:36 Şirvanda tanışını qətlə yetirən şəxs tutulub 19 İyun 2021, 10:23 "Danışa bilmir" deyilən Əkrəm Əylislidən AÇIQLAMA 19 İyun 2021, 10:10 Azərbaycan-Türkiyə: Xarüqələr yaradan birlik 19 İyun 2021, 10:05 “Əlçatan metro” xidməti - Kim, necə İSTİFADƏ EDİR 19 İyun 2021, 10:03 Rusiya Azərbaycana aviareyslərin sayını artıracaq 19 İyun 2021, 09:50 Azərbaycanın ən çox mal satdığı ölkələr - STATİSTİKA 19 İyun 2021, 09:37 İranın yeni prezidenti MƏLUM OLDU 19 İyun 2021, 09:35 Mübariz İbrahimovun şəhadətindən 11 il ötür - TARİX 19 İyun 2021, 09:25 Rusiyada təyyarə qəzası: 7 ölü, 13 yaralı 19 İyun 2021, 09:14 Ceyhun Bayramov İraqın xarici işlər naziri ilə görüşüb 19 İyun 2021, 08:44 İngiltərə Şotlandiya ilə bacarmadı 19 İyun 2021, 00:59 Bakıda uşağı elektrik cərəyanı vurdu 19 İyun 2021, 00:44 Ceyhun Bayramov Qaqauziyanın rəhbəri ilə görüşdü 19 İyun 2021, 00:31 UEFA-nın tövsiyəsi fitə basıldı 19 İyun 2021, 00:15 Bu gün Bakıda avtobuslar işləməyəcək 19 İyun 2021, 00:01 Türkiyənin gəmi əleyhinə raketi sınaqdan keçirildi - VİDEO 18 İyun 2021, 23:48 Kürdə batmaqda olan şəxs xilas edildi 18 İyun 2021, 23:33 Xırdalanda 7 yaşlı uşağı maşın vurdu 18 İyun 2021, 23:17 Buraxılış imtahanlarının nəticələri açıqlandı 18 İyun 2021, 23:05 Türkiyədə koronavirusu saniyələr içində aşkarlayan cihaz hazırlandı 18 İyun 2021, 22:52 Moldovada Nizami Gəncəvinin barelyefi qoyulacaq 18 İyun 2021, 22:40 Professorlar yaşıl enerji təhlükəsizliyinin əhəmiyyətindən danışdılar 18 İyun 2021, 22:31 Kürdəmirdə mübahisə bıçaqlanma ilə nəticələndi 18 İyun 2021, 22:20
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?