Arxiv
6 May 2021, 17:12 | AKTUAL
BMU ilə “Azertexnolayn” MMC arasında əməkdaşlıq sənədi imzalandı

 

Bakı Mühəndislik Universiteti (BMU) ilə “Azertexnolayn” MMC arasında əməkdaşlıq razılaşması imzalanıb. Razılaşmanı BMU-nun rektoru, professor Havar Məmmədov və “Azertexnolayn” MMC-nin direktoru Tofiq Məmmədov imzalayıb. 

 

Modern.az xəbər verir ki, sənədin imzalanmasında əsas məqsəd müasir bilik və təcrübənin qarşılıqlı istifadəsi, universitet və tələbələrin “Azertexnolayn” MMC-nin fəaliyyətinə cəlb edilməsi və tərəflər arasında Azərbaycanda sosial-iqtisadi inkişafın əsas amili kimi biznes mühitinin inkişaf etdirilməsidir. Bununla yanaşı, ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi, dünyanın qabaqcıl elmi-texniki nailiyyətlərinin sahibkarlığın inkişafına tətbiq edilməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətin inkişafına kömək göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlıq münasibətlərinin istiqamətini müəyyən edir. 

 

Qarşılıqlı əməkdaşlığın forma və istiqamətləri sırasında aqrar sahədə qarşılıqlı informasiya mübadiləsi və məsləhətləşmələr aparmaq, müxtəlif statuslu elmi və elmi-texniki konfransların birlikdə keçirilməsini təmin etmək, seminar, konfrans, forum, layihə və sərgilərdə birgə iştirak və digər bu kimi məsələlər yer alıb. 

 

Razılaşmaya əsasən, BMU tələbələri “Azertexnolayn” MMC-də və ona üzv təşkilatlarda günlük təcrübə gəzintiləri keçə biləcək, tələbələrə müvafiq elmi işlər və bu kimi istiqamətlər üzrə araşdırmalar aparmaq imkanı yaradılacaq. Eyni zamanda, yüksək biliyə yiyələnən BMU məzunlarının işlə təmin olunmasına köməklik göstərmək, tələbələri müəssisənin fəaliyyəti və orada mövcud kadr tələbatı haqqında məlumatlandırmaq məqsədilə BMU-da “Karyera günləri” keçirmək də sənəddə öz əksini tapıb. 

 

Əməkdaşlıq şərçivəsində BMU ölkədə sənaye sahəsində sahibkarlıq mühitini və sahibkarlıq subyektlərinin potensial imkanlarının qiymətləndirilməsini apararaq müvafiq ixtisaslaşma, təkmilləşdirmə və ikinci ixtisas proqramlarını təklif edəcək. Bununla yanaşı, universitetin maddi-texniki bazası, kitabxanaları, təlim zalları, müasir laboratoriyalarına səfərlər və istifadə imkanları yaradılacaq, eləcə də müxtəlif layihələrin keçirilməsinə dəstək göstəriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İspaniya millisi Polşa səddini keçə bilmədi 20 İyun 2021, 00:58 Şəmkir sakini özünü asdı 20 İyun 2021, 00:51 Gürcüstanda zəlzələ oldu 20 İyun 2021, 00:34 "Qalatasaray"a yeni prezident seçildi 20 İyun 2021, 00:30 Dağıstandan Bakıya aviareyslər açılır 20 İyun 2021, 00:14 Bu gün Bakıda avtobuslar İŞLƏYƏCƏK 20 İyun 2021, 00:01 Britaniyada yoluxma sürətləndi 19 İyun 2021, 23:50 Xəzərdə batmaqda olan 3 nəfər xilas edildi 19 İyun 2021, 23:36 İstanbulda fabrikdə güclü yanğın - VİDEO 19 İyun 2021, 23:25 Qazaxda yol qəzası 19 İyun 2021, 23:11 Cəlilabadda meşədə yanğın - FOTO 19 İyun 2021, 22:59 Samuxda gənc müəllim intihar etdi 19 İyun 2021, 22:45 "4 ildir gözlədiyimiz turnirlə erkən vidalaşmaq istəmirik" - Şenol Günəş 19 İyun 2021, 22:37 4 uşaq anası “Mən özümü Kürə atacam” yazıb intihar etdi 19 İyun 2021, 22:22 Oğuzda yol qəzası - xəsarət alan var 19 İyun 2021, 22:08 Ronaldolu Portuqaliya Almaniyaya uduzdu 19 İyun 2021, 21:53 Türkiyədə virusdan gündəlik ölənlərin sayı azaldı 19 İyun 2021, 21:47 Naftalanda sanatoriyada istirahət edən kişi qəflətən öldü 19 İyun 2021, 21:33 "Barselona" yeni hücumçu aldı 19 İyun 2021, 21:24 Finalda erməniyə qalib gələn güləşçimiz Avropa çempionu oldu - FOTO 19 İyun 2021, 21:11 Ermənistanda seçicilərə rüşvət verən deputatlığa namizəd saxlanıldı 19 İyun 2021, 20:58 Kürdə gənc qadın batdı 19 İyun 2021, 20:43 Putin Şoyqu və Lavrovu deputat görmək istəyir 19 İyun 2021, 20:28 Macarıstan millisi dünya çempionu ilə heç-heçə etdi 19 İyun 2021, 20:15 Rəsmi Bakıdan Ermənistana CAVAB 19 İyun 2021, 20:07 İstanbulda zəlzələ olub 19 İyun 2021, 18:39 Prezident TƏSDİQLƏDİ – Sosial sığorta şəhadətnaməsi ləv olunur 19 İyun 2021, 18:17 İlham Əliyev İranın yeni seçilmiş prezidentini təbrik edib 19 İyun 2021, 17:57 Ermənistanın Azərbaycana qarşı mina şantajı – Partiya sədrindən REAKSİYA 19 İyun 2021, 17:44 Şuşa Bəyannaməsi ölkəmizdəki siyasi birliyi daha da möhkəmləndirəcək 19 İyun 2021, 17:31 Bir gündə 40 min çox peyvənd VURULDU 19 İyun 2021, 17:23 Yoluxma sayı bu gün də azaldı: ölən yoxdur 19 İyun 2021, 17:19 İranda seçkilərin rəsmi nəticələri elan olundu – Rəisi prezidentdir 19 İyun 2021, 17:15 Ermənilərin seçimi kim olacaq: Paşinyan yoxsa Koçaryan? - ŞƏRH 19 İyun 2021, 17:07 Putin ən çox etibar etdiyi 5 partiyadaşının adını SADALADI 19 İyun 2021, 16:39
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?