Modern.az

Heydər Əliyev dahilərin dahisi idi

Heydər Əliyev dahilərin dahisi idi

Aktual

7 May 2021, 09:24

Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə instititları” kafedrasının müdiri, eks Maliyyə naziri, BMT nin Sülh Səfiri, professor Əvəz Ələkbərov Modern.az-ın suallarını cavablandırıb.

 

Milli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi altında nazir işləmisiniz. O sizi və digər nazirləri necə seçib təyin edirdi?

 

Qabaqcadan insanlara göz qoyardı, tanıyardı, bacarığına inanardı, etibarına, dövlətçiliyə sədaqətinə görə və milli kadr olsa  təyin edərdi. Məmurlara qarşı olduqca tələbkar idi  və ictimai fikrə üstünlük verərdi.

 

Heydər Əliyev beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığa üstünlük verirdimi və bu işlərə çox vaxt ayırırdı?

 

Əlbəttə o vaxt ölkəmizin makroiqtisadi stabilliyə və maliyyə resurslarına böyük ehtiyacı var idi. Respublikamızın reytinqini formalaşdırmaq lazım idi. Ondan asılı olaraq sərmayələr cəlb edilməli idi. İlk növbədə Heydər Əliyev ölkəmizə Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kamdessyu və Dünya bankının prezidenti Vulfensonu dəvət etdi və öz şəxsi nüfuzuna görə onlar Hökumətimizə diqqətlə yanaşdılar. Onların dəstəyi ilə çoxlu işlər görüldü.

 

Beynəlxalq aləmdə Heydər  Əliyevin böyük nüfuzu var idi. Bu barədə təhlilləriniz və şahidi olduğunuz hadisələr barədə nə deyə bilərsiniz?

 

Bəli Milli lider Heydər Əliyev dahilərin dahisi idi. Nəhəng dövlətlərin başçıları şəxsən onu tanıyır və hörmət bəsləyirdilər, qonşu dövlətlərin prezidentləri onu ziyarət edir və məsləhətlər alırdılar.Yeri gəlmişkən Ukraynanın eks Prezıdenti Leonid Kuçma öz yazılarında deyir “mən həmişə dahi Heydər Əliyevdən yaxşı məsləhətlər almışam. O MDB və Türk Dünyasına böyük töhfələr vermişdi. 1994-cü ildə “Əsrin Müqaviləsi”  imzalanandan sonra bütün dünya Azərbaycanı tanıdı və hesablaşmağa başladı. Bununlada beynəlxalq iqtisadi əlaqələrimiz böyük vüsat aldı.

 

Dünya siyasətçilərindən Heydər Əliyevi kimə bənzətmək olar?

 

Fikrimcə heç kimə, hərənin öz dəsdi xətti olub. Dünyada Ruzvelt, Çerçil, Bismark, Şarl De Qol, Atatürk, İndira Qandi və çoxlu dövlət və siyasi xadimlər olublar. Həmin insanlar  dünya və öz ölkələri üçün çox işlər görmüşlər. Heydər Əliyev XX əsrin 70-80-ci illərində Ölkəmizi zəid  aqrar respublikadan sənaye, inkişaf mərkəzinə, gələcək müstəqillik illər üçün yaxşı iqtisadi bazaya çevirdi. Keçmiş Sovetlər birliyinin rəhbərlərindən biri oldu və birincisi olmaq şansına  malik idi. Müstəqil Azərbaycanı vətəndaş müharibəsi, qardaş qırğınından xilas etdi. Ermənilərlə müharibənin qarşısını aldı, iqtisadi və hərbi güc topladı, xalqımızın qələbə əzminı artırdı, mohkəm müstəqil dövlət qurdu. Bütün dünyaya özünü çox səriştəli və bacarıqlı Dövlət başçısı və Dünya siyasətçisi imici ilə tanıtdı. Nobel Sülh Mükafatı alanlardan dəfələrlə nəhəng çox iş gördü.

 

Xoşbəxt xalqıq ki, Heydər Əliyevin ideyaları yaşayır və ölkəmiz inkişaf edir . Bu barədə fikriniz?

 

Prezident İlham Əliyev Milli Lider Heydər Əliyevin “Şah Əsəridir”. O nəinki Heydər Əliyev ideyalarını yaşadır, həm də ustalıq və yüksək məharətlə Ölkəmizi inkişaf etdirir, modern, inkişaf edən bir cəmiyyətə çevirir, dünyada imicimizi böyük səylərlə ucaldır. Özü demişkən “Mən çox xoşbəxtəmki, ata vəsiyyətini yerinə yetirdim, torpaqlarımızı qaytardım”. Böyük inamla deyə bilərəmki Prezident Əliyevin rəhbərliyi altında daha güclü olacağıq, gündən günə müvəffəqiyyətlərimiz artacaq, daha da çiçəklənən bir ölkə olacağıq, həmişə əmin-amanlıq və sülh şəraitində yaşayacağıq. İdeyalarımız və təkliflərimiz yüksək səviyyəli kürsülərdən eşidiləcəkdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir