Modern.az

\"Neftçi\" \"Səbail\"i darmadağın etdi

\

8 May 2021, 22:14

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVI turunda "Səbail" çempionluğa iddialı "Neftçi"ni qəbul edib.

 

Modern.az xəbər verir ki, "ASCO Arena"dakı qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

 

"Neftçi"nin qollarını 13-cü dəqiqədə Voyislav Stankoviç, 62-ci dəqiqədə Yusuf Laval, 72-ci dəqiqədə Keysuke Honda, 79-cu dəqiqədə isə penaltidən Namiq Ələsgərov vurub.

 

Qələbə sayəsində xallarının sayını 53-ə çatdıran "Neftçi" ən azı bir gün müddətinə liderliyə yüksəlib. Flaqman bir oyun az keçirən "Qarabağ"dan iki xal çox toplayıb. "Səbail" isə 24 xalla 7-ci yerdədir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir