Arxiv
9 May 2021, 09:11 | MƏDƏNİYYƏT
Məşhur oyunun azərbaycanlı qurucusu: “Ronaldinyonun bizimlə əməkdaşlıq edəcəyini gözləmirdik” - MÜSAHİBƏ

Bu gün tez-tez danışılan konsepsiyalardan olan “startup” ilk dəfə 2010-cu ildə ABŞ-da ortaya çıxan və sonra bütün dünyaya yayılan iş modeli trendidir. Azərbaycan əvvəlcə bu tendensiyadan geri qalsa da, zaman keçdikcə bu sahədə yeni işlər görüldü.


Təkcə Azərbaycanda yox, artıq dünyada da tanınan məşhur "Eleven Kings" futbol menecer oyununun yaradıcısı Orxan Rzayev Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik:

- Orxan bəy, son vaxtlar “startup” termin olaraq çox istifadə olunur. Amma hələ də nə olduğunu bilməyən insanlar var. “Startup” nədir?

-
“Startup” biznes deməkdir, amma adi biznesdən fərqi odur ki, daha çox texnologiya yönümlü olur. Riski böyük və həmçinin fantastik böyümə ehtimalı olur. Bu gün dünyada “startup” termini çox populyardır. Azərbaycanda da məşhurlaşmağa başlayıb.  Mən 10 ildir ki, “startup”çı kimi çalışıram. Yerli və xarici bazara yönəlik “startup”larımız olub və bəzilərini satmışıq. Artıq dörd ildir ki, oyun sferasında çalışıram. Qlobal bazar üçün nəzərdə tutduğumuz “Eleven Kings” onlayn menecer oyunu hazırda çox populyardır.

- Necə oldu ki, məşhur “Eleven Kings” oyununu yaratmaq fikrinə gəldiniz?

-
Uşaqlıqdan, ağlım kəsəndən futbol izləməyi və həm də futbol oyunları oynamağı sevmişəm. Deyərdim ki, indiyədək dünyada oynamadığım futbol menecer oyunu yoxdur. Bir gün belə bir oyun yaratmaq olarmı deyə, düşündüm. Proqramçı dostlardan bu barədə soruşdum, çünki bilirdim ki, o cür oyunlarda həddən çox qarışıq alqoritmlər işləyir, açığı Azərbaycanda belə bir sistemi yazacaq insanların olmasına şübhə edirdim, amma  proqramçılar bunun mümkün olduğunu bildirdilər.

Bununla da qərara gəldim ki, futbol menecer oyunu yaradaq. 2017-ci ilin avqustundan biznes-plan üzərində işləməyə başladıq, bir müddət sonra ilkin dizayn işləri həll edildi və kodlaşdırmaya keçdik.  3-5 aya bitəcəyini proqnozlaşdırsaq da, oyunun “Beta” versiyasının istifadəyə verilməsi 16 aya yaxın vaxt apardı.
2019-cu il yanvarın 18-də oyunun “Beta” versiyası istifadəyə    verildi. “Eleven Kings” dünyada olan 500 milyona yaxın futbol oyun    həvəskarlarını bir yerə toplamağı və dünyanın ən böyük futbol oyun    platforması olmağı hədəfləyir.

- Oyunun siması olmaq üçün Ronaldinyonu necə razı sala bildiniz?

-
Biz 2017-ci ildə proqramçımız Nicat və dizaynerimiz Sərxanla bir yerdə müzakirələr aparırdıq. Həmin vaxt  hədəf və motivasiyamızı yüksək tuturduq ki, qlobal autoriya üçün bir oyun hazırlayırıq. Qlobal insanlarla əməkdaşlıq edəcəyik. Oyunun siması olmaq üçün bir neçə futbol ulduzu ağlımızda var idi. Qərara gəldik ki, Ronaldinyo ilə razılaşaq. Messi və Ronaldo dünya ulduzu olsalar da, Ronaldinyo futbol tarixində adını yazdırmış biridir. Amma bizim onunla işləməyimiz qeyri-real görünürdü, çünki bizim Ronaldinyo ilə heç bir əlaqəmiz yox idi. Ümüdimizi itirmədik, müxtəlif sosial media və rəqəmsal kanallar vasitəsilə əlaqə yaratmağa çalışdıq. 2018-ci ildə ilk dəfə Ronaldinyonun əsas meneceri olan qardaşı Roberto ilə əlaqə yaratdıq. 2019-cu ilin sonunda ilk dəfə “Barselona” şəhərində görüşdük.

Ronaldinyoya oyunun siması olmağı, reklam və tanıtımını təklif etdik. Qarşılığında da şirkətdən hissə verəcəkdik.  Ronaldino və qardaşı təklifi dinlədi və bəyəndilər. Sonra dekabr ayında bizə cavab gəldi ki, “təbriklər, biz əməkdaşlıq etməyə hazırıq”. Bu təbii ki, böyük bir hadisə idi bizim üçün. Çünki biz yenidən 2017-ə qayıtsaq, görərik ki, xəyal olaraq düşündüyüz bir şey idi, amma zamanla buna nail olduq.

2020-ci ilin əvvəlində Ronaldinyonun şirkətinin direktoru məktub göndərdi və bu, əməkdaşlıq üçün ilkin razılaşma məktubu idi.

- Azərbaycanda gənclər bu sahədə irəlləməkdən niyə qorxurlar?

-
Azərbaycan “startup” ekosistemi dünya ekosistemindən kifayət qədər geri qalır. Təəssüf ki, bizdə ürəkaçıcı vəziyyət deyil.

Həm “startup”çılar, həm də investisiya mühiti və  dövlət dəstəyi inkişaf etməlidir. “Startup” yaratmaq, hər hansı bir texnologiya yönümlü işlər  görüb, uğur qazanmaq üçün uzun müddət işləmək lazımdır. Gənclər də bu kimi hallara çox az həvəs göstərir. Bu da onunla bağlıdır ki, bir insan işə yüksək məbləğdə pul yatırıb, ondan qısa müddətdə gəlir əldə etmək istəyir. “Startup”da isə bəzən 2-3 il gəlir qazanmaya bilərsiniz.  Burda yanaşma və vizyon dəyişməlidir. Bakıda oturan bir insan qlobal autoriya üçün layihə hazırlaya bilər. Hətta bundan milyonlar qazana bilər. Sadəcə olaraq motivasiyası, əzmi, risk alma qabiliyyəti və təbii ki, bu istiqamətdə bilik və bacarıqları olmalıdır.

- Azərbaycanda hansı “startup” layihələrini uğurlu hesab edirsiniz?

-
Azərbaycanda “startup”lar son bir neçə ildə uğur qazanmağa başlayıb. Amma hazırda qeyd edə bilmirik ki, 100, 200 milyon dəyərə qalxan “startup”larımız var.  Mən düşünürəm ki, yaxın beş  ildə belə “startup”ları görəcəyik.

 

Aysel Məhərrəm

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şamaxıda zəlzələ oldu 21 İyun 2021, 00:59 Simonyanın uşaqları türkləri öldürməyə çağırdı - VİDEO 21 İyun 2021, 00:52 Bakıda piyadanı maşın vurub öldürdü 21 İyun 2021, 00:41 Köçəryanın bloku İrəvanda liderlik edir 21 İyun 2021, 00:27 Ermənistanda seçki pozuntuları barədə prokurorluqdan açıqlama 21 İyun 2021, 00:20 Zuber Bakıda Altıntopun rekordunu yenilədi 21 İyun 2021, 00:06 17 yaşlı qız məzun gecəsində bıçaqlandı 20 İyun 2021, 23:53 Batmaqda olan 11 nəfər xilas edildi 20 İyun 2021, 23:42 Ermənistanda seçkilərin ilkin nəticələri AÇIQLANDI 20 İyun 2021, 23:27 Türkiyədə daha 63 nəfər virusdan öldü 20 İyun 2021, 23:13 Formula 1 üzrə Fransa Qran Prisinin qalibi müəyyənləşdi 20 İyun 2021, 22:59 Paşinyanın partiyası liderlik edir - YENİLƏNİB 20 İyun 2021, 22:46 ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır 20 İyun 2021, 22:39 Şenol Günəşi istefaya çağırdılar 20 İyun 2021, 22:26 Teymur Rəcəbov səkkizinci oldu 20 İyun 2021, 22:10 Türkiyə millisi yenə uduzdu 20 İyun 2021, 21:55 Azərbaycan millisi Avropa çempionu oldu 20 İyun 2021, 21:48 Gəncədə piyadanı maşın vurdu 20 İyun 2021, 21:37 Bakıda yol qəzası - xəsarət alanlar var 20 İyun 2021, 21:21 Cüdoçularımız Avropa kubokunda 3 medal qazandı 20 İyun 2021, 21:04 "Ermənistan qonşularına ərazi iddialarını dayandırmalıdır" - Çavuşoğlu 20 İyun 2021, 20:50 Van Damm Azərbaycan milli rəqsini oynamağı öyrənir – VİDEO 20 İyun 2021, 20:34 Ermənistanda səsvermə başa çatıb 20 İyun 2021, 20:20 İsraildə Ermənistan əleyhinə aksiya keçirildi - FOTO 20 İyun 2021, 20:13 Bakıda Türkiyə-İsveçrə matçı başladı 20 İyun 2021, 20:01 Dövlət qulluğu və doktoranturaya bugünkü qəbul imtahanları başa çatdı 20 İyun 2021, 18:08 Kənd müəllimindən unikal addım - Təhsilsiz valideynlərə dərs keçəcək 20 İyun 2021, 17:58 FİFA prezidenti Bakıya gəlir 20 İyun 2021, 17:44 Tovuzda qəza: iki minik avtomobili toqquşdu 20 İyun 2021, 17:30 İranda təyyarə qəzası: ölənlər var 20 İyun 2021, 17:19 Bakıda mağaza yandı 20 İyun 2021, 17:08 XİN rəhbərindən sərhəd məsələsinin üçün YENİ TƏKLİF 20 İyun 2021, 16:59 Bakıdakı toz dumanı normadan beş dəfə çox artdı 20 İyun 2021, 16:51 Ceyhun Bayramov Şuşa Bəyannaməsindən danışdı: "Uzun illər danışılacaq" 20 İyun 2021, 16:43 Vaksinasiyadan keçənlərin bu günkü statistikası 20 İyun 2021, 16:30
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?