Modern.az

Çinin kosmosa göndərdiyi raket Hind okeanına düşdü

Çinin kosmosa göndərdiyi raket Hind okeanına düşdü

9 May 2021, 09:30

Çinin CZ-5B raket daşıyıcısının ikinci qolunun dağıntıları Yerin atmosmerinə daxil olaraq Hind okeanına düşüb.

 

Modern.az  RİA Novosti-yə istinadən xəbər verir ki, raket daşıyıcısının hissəsi bu gün səhər saatlarında - Bakı vaxtı ilə 6.24-də orbitdən endirilib. Qeyd edək ki, CZ-5B raket daşıyıcısı Çinin “Tianhe” baza modulunu orbital stansiyaya çatdırmışdı.

 

Xatırladaq ki, ABŞ-ın Massaçusets ştatının Kembric Astrofizika Mərkəzinin əməkdaşı Conatan McDouell ötən gün tvitter səhifəsində sözügedən raket daşıyıcının bir sıra ölkələrin adlarını çəkərək, onlardan birinin ərazisinə düşə biləcəyi ilə bağlı iddia səsləndirmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır