Modern.az

Zalsburqdakı Azərbaycan Evində Heydər Əliyev yad edilib

Zalsburqdakı Azərbaycan Evində Heydər Əliyev yad edilib

Diaspor

10 May 2021, 18:47

Diasporla İş üzrə DK-nın məlumatına görə, Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü ilə Zalsburq şəhərindəki Azərbaycan Evində görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Hallein dərnəyinin nümayəndəsi Durmuş Aydemir, Zell am See bölgəsi üzrə dərnək sədri Zaur Allahverdiyev, ADA Universitetinin tələbəsi Ülvi Fərəczadə, iş adamı Əli Toyran və başqaları iştirak ediblər. Çıxış edənlər qüdrətli siyasətçinin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və ölkəmizin inkişafı naminə həyata keçirdiyi misilsiz xidmətlərdan danışıblar. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni işğalından azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, məhz ulu öndərin təməlini qoyduğu siyasi kursun layiqincə  davam etdirilməsi nəticəsində mümkün olub.

 

Sonra ümummilli liderə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Tədbir çərçivəsində ulu öndərin həyat və fəaliyyətini əks etdirən kitab və fotolardan ibarət  guşə də təşkil olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü