Modern.az

“Qaynana” serialında Vəfa Rzayevanı bu aktrisa əvəz edəcək - FOTO

“Qaynana” serialında Vəfa Rzayevanı bu aktrisa əvəz edəcək - FOTO

Aktual

24 Sentyabr 2012, 13:54

“Xəzər” telekanalının yayımladığı “Qaynana”serilalında aktyor dəyişikliyi olub. Telekanalın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Nigar obrazını canlandıran Vəfa Rzayeva serialdan ayrılıb. Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliqızı serialda V. Rzayevanın rolunu əvəz edəcək. Artıq serialın ikinci mövsümünün çəkilişləri başlayıb. Nigar obrazını canlandıran Vəfa Rzayeva isə bildirib ki, filmdən özü ayrılmaq istəyib.

Şəhla Əli qızı İsmayılova 26 fevral 1980-cı ildə Tovuz rayonunda anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitiriib. Aktrisa kimi 2002-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb.  Şəhla İsmayılova bir çox dövlət səviyyəli tədbirlərin aparıcısı olub.
Həmçinin, mətbuat xidmətindən bildiriblər ki, yeni mövsümdə “Xəzər” televiziyasında əvvəlki seriallarla yanaşı, yeni seriallar da tamaşaçılara təqdim olunacaq.

Sevinc İltifatqızı
 
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü