Modern.az

Ceyhun Bayramov avropalı diplomatla sərhəddəki gərginliyi müzakirə etdi

Ceyhun Bayramov avropalı diplomatla sərhəddəki gərginliyi müzakirə etdi

14 May 2021, 16:57

Mayın 14-də xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino arasında telefon danışığı baş tutub.

 

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Tərəflər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov bölgədəki cari vəziyyətlə bağlı həmsöhbətinə məlumat verib və Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına sadiq olduğunu vurğulayıb.

Tərəflər bu kimi gərginliklərin siyasi və diplomatik yolla həllinin vacibliyini qeyd ediblər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi