Modern.az

Avropa Oyunlarının proqramına daha bir idman növü daxil edildi

Avropa Oyunlarının proqramına daha bir idman növü daxil edildi

16 May 2021, 12:44

2023-сü ildə Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək III Avropa Oyunlarının proqramına daha bir idman növünün daxil edilməsi təsdiqlənib.

 

Modern.az Avropa Olimpiya Komitəsinin (EOC) rəsmi saytına istinadən xəbər verir ki, Polşadakı yarışda 3x3 basketbol yarışları da keçiriləcək.

 

Bu növ üzrə kişi və qadınların mübarizəsinə 16 komanda qatılacaq. Krakov və Malopolyedə ümumilikdə 128 basketbolçu olacaq.

 

Rusiyanın kişilərdən ibarət milli komandası "Bakı 2015" I Avropa Oyunlarında və Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarında qızıl medal qazanıb.

 

Bakıda Fransanın qadınlardan ibarət komandası, Minskdə isə Estoniya seçməsi eyni uğuru əldə edib.

 

Qeyd edək ki, III Avropa Oyunlarının 9 - 25 iyun 2023-cü ildə təşkili nəzərdə tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir