Modern.az

Keçmiş arvadı uşağını ona göstərmədi - özünü qayadan atdı

Keçmiş arvadı uşağını ona göstərmədi - özünü qayadan atdı

17 May 2021, 23:00

Qubada intihar hadisəsi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, hadisə bu gün gündüz saat 12 radələrində Qəçreş yolu adlanan yaşayış massivində baş verib. Meşəlik ərazidə bir nəfər özünü hündürlükdən ataraq intihar edib. Bu barədə rayon polis şöbəsinin növbətçi hissəsindən rayon prokurorluğuna məlumat daxil olan kimi prokurorluq və polis əmıkdaşları hadisə yerinə gedib. Hadisə yerinə və meyitə baxış keçirilib, meyit tibbi ekspertiza edilib.

 

İlkin araşdırma nəticəsində aydın olub ki, intihar edən şəxs Quba şəhər sakini, A.Əhmədov-küçəsi-21 ünvanında yaşayan, 32 yaşlı Ruslan Elman oğlu İsayevdir. Onun 2019-cu ildə arvadı Firuzə Firuz qızı Aydəmirova ilə rəsmi olaraq boşandığı və keçmiş həyat yoldaşının uşağını ona göstərmədiyi bildirilir. Bu səbəbdən ciddi narahatçılıq keçirən Ruslan İsayev bu gün "Qəçreş yolu"adlanan meşəlik ərazidə qardaşı İsa ilə dərdləşərkən özünü qəflətən hündürlükdən ataraq intihar edib. Ruslan İsayev aldığı xəsarətdən yerindəcə keçinib. Onun hadisədən öncə "Go"markalı spirtli enerji içkisi qəbul etdiyi deyilir.

 

32 yaşlı kişinin övladını görə bilməməsi səbəbindən həyatına son qoyduğu ehtimal edilir.

 

Fakta görə Quba rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi açılıb.

 

Aytəkin ALXASLI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi