Modern.az

Qasparyan Koçaryanın tərəfinə keçdi

Qasparyan Koçaryanın tərəfinə keçdi

Aktual

18 May 2021, 11:35

Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi Onik Qasparyan ikinci prezident Robert Koçaryanın seçki qərargahında təmsil olunur.

 

Modern.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Qeyd olunur ki, Qasparyan Koçaryanın “Hayastan” seçki blokunun Tavuş regional bölməsində əsas idarəçilərdən biridir.

 

Xatırladaq ki, Onik Qasparyan baş nazir Nikol Paşinyanı istefaya çağıran bəyanatından sonra vəzifəsindən azad edilib. Onun istefaya göndərilməsi Ermənistanda böyük siyasi qalmaqala səbəb olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı