Modern.az

Azərbaycanda vətəndaş nikahında yaşayan ər-arvadın sayı artır...

Azərbaycanda vətəndaş nikahında yaşayan ər-arvadın sayı artır...

Mədəni̇yyət

24 May 2021, 13:30

Dünyanın bir sıra ölkələrində ailə həyatı quranların heç də hamısı rəsmi nikaha girmirlər. Hesab edirlər ki, ortada həyatı müəyyən müddət ərzində paylaşmaq istəyi varsa, bu zaman heç bir rəsmi sənədə ehtiyac yoxdur. Qərb ölkələrinin əksəriyyətində ilkin nikahlar rəsmiləşdirilsə də, qısa müddətdən sonra onların çoxu pozulur və qeyri-rəsmi nikahla yaşayanların sayı artır. Amerika və Avropa ölkələrində vətəndaş nikahı qeydiyyata alınmır. Avropalılar üçün nikaha girmək və ya nikahsız yaşamaq elə də böyük problem sayılmır.


Müsəlman ölkələrində isə fərqli ənənələr mövcuddur. Elə götürək öz ölkəmizi... Azərbaycanda rəsmi, dini və vətəndaş nikahı deyilən anlayışlar var. Dövlət səviyyəsində tanınan rəsmi sənəd dövlət nikahıdır. Ancaq bəzən insanlar vətəndaş, yaxud da dini nikahla kifayətlənirlər ki, bu da gələcəkdə böyük problemlərə səbəb olur.


Son vaxtlar ölkəmizdə vətəndaş nikahı ilə yaşayanların sayında artım müşahidə edilir. Azərbaycanda mövcud olan vətəndaş nikahı xarici  ölkələrdəkindən fərqlənir. Azərbaycanda vətəndaş nikahları rəsmi dövlət orqanları tərəfindən tanınmasa da, bəzən dini kəbinlə təsdiq olunur. Müsəlman ölkələrində isə nikahsız yaşamaq doğru sayılmır. Bununla yanaşı, vətəndaş nikahından doğulan uşaqlarla bağlı problemlər baş verir.


Çünki Azərbaycanda atalıq-analığın dəqiq müəyyən edilməsi, əmlak bölgüsü nikaha bağlıdır. Avropada isə uşağın qeydiyyatı ilə bağlı məsələlər həllini tapdığı üçün bu problem heç ağıla gətirilmir. Avropa ölkələrində nikaha girərkən əmlak barədə müqavilə bağlanır. Azərbaycanda isə buna pis baxılır və inamsızlıq kimi başa düşülür. 


Maraqlıdır,  insanlar vətəndaş nikahına niyə üz tuturlar? Vətəndaş nikahı düzgündürmü?


“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sözügedən mövzuda Modern.az-ın suallarını cavablandırıb.


O bu dövrdə insanların vətəndaş nikahına üz tutmasının səbəblərindən birinin də pandemiya olduğunu bildirib:

“Biraz da insanlar məsuliyyət hissindən azad olmaq üçün vətəndaş nikahına üz tuturlar. Onlara elə gəlir ki, vətəndaş nikahında kifayət qədər qeyd olunan məsuliyyət və öhdəliklər olmayacaq. Hətta bəziləri uşaqlarına belə atalıq faktoru və aliment verməkdən imtina edirlər. Bu birlikdə yaşayışın bir-birinə əminlik, inam hissinin kifayət qədər olmamasından irəli gəlir. Burada əmlak, aliment məsələlərinin, bir az xarici ölkələrin də təsiri var.

Xarici ölkələrdə birlikdə yaşayıb, daha sonra ailə həyatı qururlar. Hətta belə bir təbliğat da irəli sürürlər. Lakin bir fərq var ki, xaricdə birgəyaşayanlar övlad dünyaya gətirmirlər. Birgəyaşamaq onlar üçün bir-birini tanıma rolunu oynayır. Ona görə də əhəmiyyətlidir. Bu mərhələdə də uşaq dünyaya gətirmirlər. Bizdə isə tam tərsidir”.


M.Zeynalova mahiyyətcə vətəndaş nikahının bizdə daha çox əvvələr olduğunu qeyd edib:


“Əsasən də yaşlı insanlar arasında müşahidə olunub. Gənclərin vətəndaş nikahında yaşaması o qədər də geniş yayılmış bir tendensiya olmayıb. Son illər bu cür halların diqqəti cəlb etdiyini görürük. Onu da uşaq dünyaya gələndə, aliment məsələləri ortaya çıxanda və zorakıllıq faktları aşkarlananda öyrənirik. Vətəndaş nikahı daha çox dini nikah kimi də olur. Bunlara elə gəlir ki, elə Allah yanında kəbinlərinin kəsilməsi onların birləşməsi üçün əsasdır. Təsəvvür edin ki, çoxları hətta belə bir təbliğat da aparırlar ki, “bir kağız bizim taleyimizi müəyyə etmir. Allah yanında sən mənim rəsmi qadınımsan”. Bu cür təbliğat  aparmaq və ya qarşısındakını utandırmaq, ailəliyin ilk dövründən qeyri-səmimi olmaq bu münasibətlərə səbəb olur. Eləsi olur ki, ikinci və ya üçüncü nikahları olduğuna görə qeyri-rəsmi yaşayırlar.

Bir neçə il öncə 20-22 min uşağın vətəndaş nikahından dünyaya gəldi aşkarlandı. Son zamanlar az qala rəsmi nikahla qeyri-rəsminin bərabərləşdiyini də görürük. Çalışmalıyıq ki, bu hallarınm qarşısını alaq. Alınmasa, getdikcə çoxala bilər”.


Nəzrin Vahid

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı