Modern.az

Sülhməramlılar 127 ermənini Xocavənd və Kəlbəcərə APARDI - FOTO

Sülhməramlılar 127 ermənini Xocavənd və Kəlbəcərə APARDI - FOTO

24 May 2021, 23:27

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) yaydığı məlumatda bildirilir.

 

"İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Atəşkəs bütün təmas xəttində müşahidə olunur.

Rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edirlər" - açıqlamada deyilir.

 

Məlumatda qeyd olunub ki, Rusiya sülhməramlıları 127 erməni zəvvarın Amaras (Xocavənd) və Gəncəsər (Kəlbəcər) monastırlarına ziyarətini təmin edib.

 

"23 noyabr 2020-ci ildən bəri, Humanitar Minalardan Təmizləmə Mərkəzinin mühəndis qrupları tərəfindən 2121 hektar partlamamış hərbi sursat, 657,3 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1844 bina təmizlənib və 25613 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

 

Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq, səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır", - deyə Rusiya MN-dən bildirilib.

 

Turan ASLAN

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir