Arxiv
26 May 2021, 10:58 | MEDİA
Yerli telekanalların simaları kimlərdi? - Tanınmışların CAVABI

“Lider” TV-nin bağlanması Azərbaycan teleməkanı ilə bağlı məsələni bir daha gündəm edib. Yerli telekanallar mütəmadi təndiq olunur. Həm adi tamaşaçılar, həm də teletənqidçilər telekanalların səviyyəsindən narazılıq edirlər. Əksər telekanallar bayağı, ucuz şou-proqramlarla, bir sıra hallarda aşağı səviyyəli verilişlərlə efiri doldurmaqla məşğuldur. Təbii ki, həmin proqramlara aparıcılıq edənlərin peşəkarlığı da bir ayrı mövzudur… Bəzi ekspertlər “fatihəsi oxunan” “Lider” TV-ni  bu sırada hətta 1-ci hesab edirlər…


Aparıcılardan söz düşmüşkən, bəzən teleaparıcı çalışdığı telekanalın simasına çevrilə bilir. Həm yaxşı, həm də pis mənada… Peşəkarlıq səviyyələrinə, təqdimata, davranışa görə bir-birlərindən fərqlənən telejurnalistlər çalışdıqları telekanalların imicini formalaşdırırlar desək, yanılmarıq.

Analizlər göstərir ki, hazırda ən kütləvi informasiya vasitəsində çalışan jurnalistlər ən nümunəvi, ən intellektual və ən savadlı ola bilmirlər… Əlbəttə, bunu bütün aparıcılara şamil etmək ədalətsizlik olar. Amma ümumi yanaşma bu mənzərəni ortaya çıxarır...

Bəzən deyirlər ki, hər bir telekanalın siması onun rəhbərinin simasıdır. Bu mənada rəhbərlər teleaparıcıların səviyyəsinə görə cavabdehdirlər. Məsələn, vaxtilə “Space”in siması kimi İlham Mirzəyevin adı çəkilirdi ki, o da falçı idi...

Amma bununla yanaşı, ANS-də Sevil Nuriyeva, Mirşahin Ağayev, AzTV-də İbrahim Məmmədov kimi telekanalların siması hesab edilə biləcək səviyyəli telejurnalistlər də vardı... Vardı deyəndə ki, Mirşahin Ağayev teleməkanda yenə də qalır və rəhbərlik etdiyi "Real" TV-nin siması olaraq görünür...

Maraqlıdır, hazırda yerli telekanallarının siması kimlərdir? TV-lərin adı çəkiləndə, ilk hansı aparıcılar yada düşür?

Modern.az saytı bu sualla müxtəlif şəxslərə müraciət edib. Onlar sorğumuza tanınmış tamaşaçı olaraq cavab veriblər.



Xalq artisti, xanəndə Mənsum İbrahimova görə, Azərbaycanın barmaqla sayılmayacaq qədər peşəkar telejurnalisti var:


“Azərbaycanda peşəkar telejurnalistlər çoxdur. Hazırda da peşəkar jurnalistlər yetişir. Hər bir kanalın özünə görə yaxşı telejurnalisti var. Məsələn Emin Müsəvi, Nərgiz Cəlilova, Mir Şahin Ağayev teleaparıcılıq sahəsində öz sözünü deyiblər. Mən burda savadlı telejurnalistlərimizin adını çəksəm, böyük bir siyahı alınar. İctimai TV-də Azər Süleymanlı, “Xəzər” TV-də Leyla Quliyeva var ki, onun aparıcılığını çox bəyənirəm. Düzdü, bir zamanlar belə aparıcılarımız az idi. Amma indi hər kəs seçdiyi sahənin peşəkarı olmaq üçün çox çalışır. Təbii ki, zamanla ələnmə olur və yaxşılar üzə çıxır”.



“Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə isə ad çəkməyəcəyini, amma tanınmış telejurnalistlərin çox da peşəkar olmadığı deyib:


“Bu sorğu bir az mübahisəli məsələdir. Mən Azərbaycan tamaşaçısının bütün günü televizor qarşısında əyləşdiyini düşünmürəm. Ölkəmizdə televiziya tamaşaçılarının sayı çox azdır. Düşünürəm ki, bunun səbəbi keyfiyyətli verlişlərinin sayınını azlığı və peşəkar telejurnalistlərin televiziyaları tərk etməsidir. Telekanallarda tanınan simaya çevrilən jurnalistlər televiziyanı dövlət işinə dəyişirlər. Çoxları televiziyadan tramplin kimi istifadə edir.
Bizdə Türkiyə, Rusiya telekanalları Azərbaycan televiziyalarını sıxışdırır. Amma bu o demək deyil ki, Azərbaycanda peşəkar telejurnalist azdır. Sadəcə olaraq, Azərbaycan televiziyası üçün verilən azadlıq miqyası azdır. Düşünürəm ki, televiziya jurnalistinə cəmiyyəti narahat edən, siyasi mövzularda sərbəst danışmağa icazə verilməlidir. Televiziyanın işi mərsiyə deməkdən ibarət olmamalıdır.

Ad çəkmək istəmirəm. Sadəcə onu deyə bilərəm ki, cəmiyyətin tanıdığı, populyar olan televiziya jurnalistlərin çoxu heç də o zirvəyə layiq deyillər. Onlar şou verilişlərinin sayəsində populyarlaşıblar. Onlar peşəkarlıqlarına görə yox, seçdikləri mövzulara görə tanınırlar”.



Yazıçı, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay vurğulayıb ki, televiziya jurnalistlərini bir-birindən fərqləndirmək olmaz:


“Telekanalların siması olan jurnalistlər var. Əsas məsələ odur ki, onlar hər biri öz üzərində çalışmağı bacarmalıdırlar. Olduqları yerdə qalmaq olmaz. Televiziya jurnalistlərini bəyənməmək, hamısının üstündən xətt çəkmək olmaz. İçərilərində yaxşısı da, pisi də var”.

Eks-deputat Pənah Hüseyn televiziya siması olaraq tək Əvəz Zeynallını görür:

“Televiziya jurnalistlərinin siması olaraq “Xural” TV internet televiziyasının aparıcısı Əvəz Zeynallını misal göstərə bilərəm. Başqa bir cavabım yoxdur”.



Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid:

“Mən son hadisələr zamanı İctimai TV-də çalışan Heydər Mirzənin hərbi verilişlərini və peşəkarlığını çox bəyəndim. Aparıcı kimi həm də İctimai TV-də Fatehin proqramlarını izləyirəm. Uzun illərdən bəri araşdırma mövzusunda Könül Arifqızını “Bir mahnının tarixcəsi” verilişini çox yüksək qiymətləndirmişəm. Azərbaycan televiziyasında Yunus Orucovun “Jurnalist araşdırması” verilişi var. Bu proqramda mövzunun əhatə olunması və dərindən araşdırma aparılmasını bəyənirəm. Digər tərəfdən, telesimalardan biri Mir Şahindir - onun jurnalistliyinə söz yoxdur. “Space” TV-yə yeni rəhbər gəlib. Orada da televiziyanın məşhur simaları var idi. Afaq Vasifqızı, Rövşanə Asəfqızı kimi  telejurnalistlər çalışırdı. Yəni ümumi desək, hər bir kanalın özünə görə tanınmış siması, telejurnalisti var”.



Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qeyd edib ki, yerli telekanalları izləmədiyinə görə, bu suala konkret cavab verə bilmir


“Mən Azərbaycan telekanallarında heç bir güc görmürəm. Yerli telekanalların yerli izləyiciləri çox azdır. Bizim televiziyalar əsasən şou-biznes əhlinə xidmət edir. Azərbaycan telekanallarında rəngarənglik, siyasi tokşoular yoxdur, televiziayalrın qapıları müxalifətin üzünə bağlıdır. Onlar həqiqi sözü xalqa çatdırmır, Həqiqəti axtaran tamaşaçılar isə telekanallara deyil, xəbər üz tutur. Beləliklə, yerli telekanallara baxış sayı azalır. Kanalların əksəriyyətinin yayımını dayandırmaq lazımdır.

Yerli telekanalları izləmədiyim üçün yaxşı və ya pis mənada kimin hansı telekanalın siması olduğunu deməkdə çətinlik çəkirəm. Mən sayt jurnalistlərini daha yaxşı tanıyıram, nəinki telejurnalistləri”.



Hüquq müdafiəçisi Novella Cəfəroğlu digər telekanallar istisna, yalnız “Lider” TV-nin adını çəkib və Niyaməddin Orduxanlını bu kanalaın siması hesab edib:


“Məni jurnalistlərlə üz-üzə qoymayın, hamınızı çox istəyirəm. Amma hazırda ən çox “Real” TV-yə, AzTV-yə baxıram. İctimai TV-nin jurnalistləri də xoşuma gəlir. Müharibə zamanı hamısı özünü çox yaxşı, operativ göstərdilər. Amma onu da deyə bilərəm ki, ən çox bəyəndiyim “Lider” TV-də "Səda Plus" verilişinin aparıcısı Niyaməddin Orduxanlıdır”.


Fidan İlqar

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Jurnalistlər üçün keçirilən təlim başa çatdı   5 Avqust 2021, 17:36 Türkiyəyə hava müjdəsi: Yağış yağacaq 5 Avqust 2021, 17:32 Rusiya sərhəddəki hadisələrə görə narahatdır 5 Avqust 2021, 17:29 İranın yeni prezidenti and içdi 5 Avqust 2021, 17:29 Dolların sabaha olan məzənnəsi   5 Avqust 2021, 17:26 Rusiyalı turistləri axtaran helikopter qəzaya uğradı - Ölən var 5 Avqust 2021, 17:23 “Kubinka”da əməliyyat: Heroin satan Bibiqulu SAXLANILDI 5 Avqust 2021, 17:18 Paşinyanın istefasını tələb edən generalın yerinə TƏYİNAT 5 Avqust 2021, 17:12 Çin virusa görə dərsləri təxirə salır 5 Avqust 2021, 17:04 Bu ölkə Azərbaycanla hava sərhədlərini BAĞLAYIR 5 Avqust 2021, 16:54 ABŞ-da yoluxma sayı ən yüksək həddə çatdı 5 Avqust 2021, 16:50 “Bayraktar” 103 yanğın yerini aşkarladı 5 Avqust 2021, 16:41 İsrailin Müdafiə naziri: İranı vurmağa hazırıq 5 Avqust 2021, 16:36 “Uber” son 3 ayı 500 milyon dollar zərərlə BAŞA VURUB 5 Avqust 2021, 16:33 “Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası keçiriləcək 5 Avqust 2021, 16:32 Eldəniz Səlimova deputat maaşı veriləcək 5 Avqust 2021, 16:22 Rusiyaya gedənlərin NƏZƏRİNƏ: Barmaq izi tələb olunacaq 5 Avqust 2021, 16:19 “Həmin fotolar qızımın toyunda çəkilməyib” – Novruz Aslan 5 Avqust 2021, 16:15 Türkiyədə 10 ildə 26 mindən çox meşə yanğını olub 5 Avqust 2021, 16:00 Azərbaycana qarşı döyüşən terrorçular yaralandılar  5 Avqust 2021, 15:55 Vüqar Səfərlinin işi məhkəmə baxışına verildi - YENİLƏNİB 5 Avqust 2021, 15:47 Prezident yol tikintisinə pul ayırdı   5 Avqust 2021, 15:40 Deputatın qızının toyunda karantin qaydaları pozulub? - RƏSMİ 5 Avqust 2021, 15:36 Kəmərköy İES-nə yaxın ərazidə yanğınlar söndürülüb 5 Avqust 2021, 15:28 Azərbaycan ABŞ-la birgə hərbi təlimlərə QOŞULDU 5 Avqust 2021, 15:26 Bakıda yol qəzası sıxlıq yaratdı    5 Avqust 2021, 15:23 “Hindistan regionda qorxutmaq xətti yürüdür” – Səfir 5 Avqust 2021, 15:14 Yardımlıdakı meşə yanğını söndürüldü 5 Avqust 2021, 15:00 Sərdar Cəlaloğlu: “Mən çıxış edəndə yazırlar ki, boş-boş danışma” - MÜSAHİBƏ 5 Avqust 2021, 14:56 Ermənistan parlamenti vitse-spiker seçə bilmir 5 Avqust 2021, 14:53 Müəllimlərin işə qəbulunda test imtahanı mərhələsi başa çatdı   5 Avqust 2021, 14:41 Bakıda tikinti sahəsində ağaclar məhv edilib   5 Avqust 2021, 14:38 İranın yeni prezidentindən Kəlbəcərlə sərhəddə baş verənlərə REAKSİYA 5 Avqust 2021, 14:27 Ağsudakı yanğının söndürülməsinə helikopter cəlb olundu 5 Avqust 2021, 14:26 “Birgə təlimlər hərbi qüdrətimizin nümayişidir” - Kərəm Mustafayev 5 Avqust 2021, 14:14