Modern.az

Hyustonda Respublika Günü qeyd edilib

Hyustonda Respublika Günü qeyd edilib

29 May 2021, 18:36

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, ABŞ-Azərbaycan İnteqrasiya Mərkəzinin (USACİ) təşəbbüsü və təşkilatçılığı ilə Texas ştatının Hyuston şəhərində 28 may – Respublika gününün 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. 

 

Modern.az xəbər verir ki, tədbir iştirakçıları 44 günlük Vətən müharibəsində Azərbaycana parlaq Zəfər qazandırmış şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Bayram tədbirində Hyustonda yaşayan Azərbaycan, Türkiyə və Pakistan icmalarının nümayəndələri, konqressmen və yerli  hökumət təmsilçiləri, siyasi partiya liderləri iştirak ediblər. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə USACİ-nin prezidenti, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Samir Novruzov çıxış edib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışan diaspor təşkilatının rəhbəri bildirib ki, bu il xalqımız və dünya azərbaycanlıları Respublika Gününü böyük qürur hissi ilə qarşılayır. Çünki işğaldan azad edilmiş torpaqlarımızda yenidən Azərbaycanın üçrəngli dövlət bayrağı dalğalanır.

 

Daha sonra çıxış edən yerli hökumət təmsilçiləri və digər icmaların nümayəndələri xalqımızı Respublika Günü münasibətilə təbrik ediblər. 

 

Tədbir Azərbaycan musiqisindən ibarət olan konsert proqramı ilə yekunlaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu