Modern.az

İctimai Palata Gülər Əhmədovaya görə təcili iclas çağırıb

İctimai Palata Gülər Əhmədovaya görə təcili iclas çağırıb

29 Sentyabr 2012, 11:19

Müxalifət qüvvələrinin birləşdiyi İctimai Palata bu gün ölkə gündəmini zəbt edən millət vəkili Gülər Əhmədova ilə bağlı məsələni müzakirə etmək üçün təcili iclasa toplanacaq.  Modern.az-ın məlumatına görə, bu saat 12:00-da baş tutacaq dəyirmi masa da müxalifət fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputat Gülər Əhmədova ilə bağlı dialoqu özündə əks etdirən videomaterialı müzakirə edəcək və deputata qarşı açılan cinayət işi haqda öz rəyini bildirəcək.

Qeyd edək ki, dəyirmi masa Müsavat Partiyasının qərargahında keçiriləcək.

A.RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir