Modern.az

Gəncə şəhərində itkin düşən 3 nəfər axtarılır - FOTOLAR

Gəncə şəhərində itkin düşən 3 nəfər axtarılır - FOTOLAR

29 Sentyabr 2012, 12:21


Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, 1981-ci ildə Zaqatala rayonunda anadan olmuş, ruhi xəstə Qocayev Elman Əhməd oğlu 1999-cu ilin noyabr ayında; Gəncə şəhər sakini, 1948-ci il təvəllüdlü, ruhi xəstə Cəfərov Əli Ağalar oğlu 2005-ci ilin fevralında Gəncə şəhəri Təcili Sosial Xdmətlər Göstərən Ərazi Mərkəzindən; 1972-ci ildə Daşkəsəndə anadan olmuş, ruhi xəstə Məmmədov Azad Həsənqulu oğlu isə 2008-ci ilin avqustunda yaşadığı Gəncə şəhəri "Sevinc" qəsəbəsindəki evindən icazəsiz getmiş və bir daha geri qayıtmayıblar.

İtkin düşmüş bu şəxslərin xarakterik əlamətləri aşağıdakılardır:

Qocayev Elman Əhməd oğlunun əlamətləri:  orta boylu, sarıyanız, arıq bədən quruluşlu, gözləri və saçları qara rəngdədir.

Cəfərov Əli Ağalar oğlunun əlamətləri: orta boylu, qarayanız, arıq bədən quruluşlu, gözləri və saçları qaradır.  

Məmmədov Azad Həsənqulu oğlunun əlamətləri:  Orta boylu, qarayanız, arıq bədən quruluşlu, gözləri qonur, saçları isə qara rəngdədir.  

Onları görənlərdən və ya itkin düşmüş bu şəxslər barədə hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 256-52-19, (022) 256-22-94 nömrəli şəhər telefonlarına zəng edərək bu barədə Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

Modern az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq